Meşə yanğınları qəsdən törədilir? - SƏBƏBLƏR - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın bir sıra ölkələrində böyük sahələri əhatə edən meşə yanğınları baş verir. Bu cür yanğınlara daha çox isti keçən yay aylarında rast gəlinir. Azərbaycanda isə meşə yanğınları geniş ərazini əhatə etməsə də, mütəmadi olaraq baş verir. Bu yanğınların baş verməsi təkcə təbiət hadisələrindən deyil, daha çox insan ehtiyatsızlığı amili ilə əlaqədardır.
Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb.
İstirahət üçün meşəyə gələn insanlar yemək hazırlamaqdan ötrü ocaq qalayırlar. Çox vaxt istirahəti bitirdikdən sonra ocağı tam söndürmədən həmin ərazini tərk edirlər. Nəzarətsiz qalan ocaq isə meşə yanğınlarının baş verməsində əsas amillərdən biri hesab olunur.
Samir Kərimov (FHN əməkdaşı): "Əgər hər hansı bir şəxs meşədə tonqal qalamaq istəyərsə, Meşə Mühafizəsi və Bərbası Müəssisəsi ilə razılaşdırılmış onlara xüsusi ayrılmış yerlərdə və yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə həmin tonqalları qalamaq olar. Bu hansı halda mümkündür. Tonqal qalanan ərazi minimum bir metr ərazidə otlardan, quru yarpaqlardan təmizlənməli, müəyyən torpaq qatının üz hissəsi götürüldükdən sonra orada tonqal qalamağa icazə verilir".
Meşə yanğınlarını söndürmək heç də asan deyil. Yanğınlar dağlıq ərazidə xüsusilə küləkli havada baş verərsə, yanğının söndürülməsi prosesi daha da çətinləşir. Bəs yüksək dağ massivində yerləşən meşədə yanğın necə baş verir?
Samir Kərimov (FHN əməkdaşı): "Təbii fəlakətlərdən baş vermiş yanğın hadisələri ümumi yanğın hadisələrinin 10 %-ni təşkil edir. 90 %-i insan faktoru ilə əlaqəlidir. Bu faktorlar ondan ibarətdir ki, meşələrdən istifadə edən şəxslər ehtiyatsızlıq ucbatından tonqalların qalanması, söndürülməmiş siqaret kötüyünün meşə sahəsinə atılması, söndürülməmiş kibritin, alışqanın meşə sahəsinə atılması və s. Bu səbəbdən yanğın təhlükəsziliyi nəticəsində meşələrdə yanğın hadisələri baş verir".
Həmçinin meşə yanğınları yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində də meydana gəlir. Meşə sahələrində yanğın hadisələrinin qarşısını almaq üçün qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb. Bir sıra ərazilərə maarifləndirici lövhələr yerləşdirilib və növbətçi briqadalar yaradılıb.
Samir Kərimov: "Meşə Mühafizəsi və Bərpası Müəssisələrində hər bir meşə sahəsi üzrə yanğına qarşı cavabdeh şəxslər, könüllü yanğın dəstələri və yanğın postları qurulur. Ondan əlavə olaraq Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları da böyük fəallıq göstərirlər. Onu da qeyd edim ki, baş vermiş yanğın hadislərinin söndürülməsində əhali bizə daim köməklik göstərir".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə yanğına səbəb olan fiziki şəxslər üçün 100 manatdan 500 manata kimi cərimə nəzərdə tutulub. Bundan əlavə yanmış əraziyə dəyən ziyan da cərimənin üzərinə əlavə olunur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
XƏBƏR LENTİ
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)





