Cəmiyyət

Çay daşlarını sənət əsərinə çevirir... - VİDEO

23 Mart 2018 23:56
0 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşlara sanki yenidən can verir. Hər bir daş parçasının üzərində bir-birindən maraqlı sənət nümunələri yaradır. Onun əl işləri arasında tarixi şəxsiyyətlərin daş üzərinə həkk olunmuş portretləri çoxluq təşkil edir.

Milli.Az bildirir ki, Xaçmaz rayonunun Alıcqışlaq kəndində yaşayan Ədalət Elman 30 ilə yaxındır ki, çay daşları üzərində oyma sənəti ilə məşğuldur.

O deyir ki, bu işə həvəsi kiçik yaşlarında ilk dəfə Qobustan qayaüstü rəsmlərini görəndə yaranıb. Bundan sonra qaya üzərində cızma üsulu ilə həkk olunan təsvirləri çay daşları üzərinə köçürməyə başlayıb.

Müsahibimizin sözlərinə görə, çay daşının kəsmə daşdan, qranitdən, mərmərdən əsas fərqi ondadır ki, çay daşı qəlpə verir. Çay daşının üstündə işləmək çox çətin olduğunu bildirən Elman Əhməd xırda bir səhv, əsərin korlanmasına gətirib çıxara biləcəyini bildirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəssam-qrafik ixtisasını bitirən Ədalət Elman 1996-cı ildən başlayaraq respublikada keçirilən müxtəlif səviyyəli sərgilərdə daim iştirak edib. Gənc sənətkar 2007-ci ildə Moldovada təşkil olunan sərgiyə dəvət alıb və onun işində iştirak edib. Üç dəfə fərdi sərgisi keçirilib. Bu əl işilərinin qiymətinə gəlincə isə, onu rəssam hələ təyin etməyib.

Ədalət Elman deyir ki, mövzular öz təxəyyülüdür. Xoşuna gələn bir yerə gedir, onu izləyir, eskizini çıxardıb daha sonra onu daş üzərinə köçürür. Hazırda onun təxminən 400 belə əl işi var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Çay daşlarını sənət əsərinə çevirir... - 1

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.