Cəmiyyət

Yüzlərlə insan çay qırağında - Azərbaycanda - VİDEO

21 Mart 2018 21:54
0 Şərh     Baxış: 5 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüzlərlə insan çay qırağında. Çaydan su götürüb əl üzünü yuyan kim, suya niyyət edən kim. Adəti üzrə hər il lənkəranlılar çərşənbə gününü Lənkəran çayının kənarında bu adəti yerinə yetirirlər.

Milli.Az bildirir ki, çay kənarında qohumlar, tanışlar, dostlar bir-birləri ilə hal-əhval tutur, bayramlarını təbrik edirlər. Sonra, birlikdə çaydan su götürüb əl - üzlərini yuyur, bu zaman suya niyyətlərini deyir, dərd qəmlərini isə, çay vasitəsilə axıb getməsini arzulayırlar. Həmçinin evlərdə olan köhnə paltarlardan da götürüb suya atırlar.

Yerli sakinlər su üstünə gəlmələrini müxtəlif cür izah edirlər. Suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olduğunu bildirən sakinlər adətə görə axar suyu bardağa doldurduqdan sonra evə kimi heç kimlə danışmırlar. Yalnız o sudan evə, ailə üzvlərinin üstünə səpəndən sonra niyyət edilir, xeyir dualar verilir.

Qeyd edək ki, illərin sınağından çıxmış bu adət ənənə gün boyu davam edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yüzlərlə insan çay qırağında - Azərbaycanda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.