Cəmiyyət

Uşaqlarımızın dilini pozan əcnəbi cizgilər - MİLLİ CIRTDANIMIZ NİYƏ ÜZƏ ÇIXMIR?

15 Mart 2018 01:30
6 Şərh     Baxış: 778

Cizgi filmlər azyaşlıların həyatının bir hissəsini təşkil edir. Onlar həm maariflənmək, həm də xoş vaxt keçirmək üçün cizgi filmləri izləyir.

Mütəxəssislərə görə, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Təəssüf ki, Azərbaycanda çəkilən cizgi filmlərinin sayı azdır. Çəkilən ekran işləri isə televiziyada yayımlanmır, kinoteatrlarda nümayiş olunmur. Əvvəllər rusların istehsal etdiyi cizgi filmlərə maraq böyük idi, indi isə uşaqlar Türkiyə telekanallarında yayımlanan cizgi filmlərini izləyir. Türkiyə türkcəsində izlənən cizgi filmlər uşaqların inkişaf etməkdə olan dil bacarıqlarına da təsir edir. Yeni dil açmağa başlayan azyaşlılar sözləri Azərbaycan dilində deyil, Türkiyə türkcəsində öyrənirlər.

Azərbaycanın yerli cizgi filmlərinin azlığına səbəb nədir? Onların yoxluğunun uşaqlarımıza hansı mənfi təsiri var?

Milli.Az xəbər verir ki, musavat.com məsələ ilə bağlı kinoşünas Aygün Aslanlı ilə əlaqə saxlayıb. O, cizgi filmləri ilə bağlı olan boşluqdan danışıb: "Azərbaycanda qəhrəmanları uşaqlar olan filmlər çəkilir. Amma onlar uşaq filmləri deyil. Uşaqlar üçün axırıncı dəfə 2015-ci ildə rejissorları Cavid Təvəkkül və Rafiq Əliyev olan "Dərs" filmi çəkilib. Bu, son illərdə Azərbaycanda uşaqlar üçün çəkilmiş yeganə film idi. Azərbaycanda uşaqlar üçün filmlər çəkilmir. O ki qaldı cizgi filmlərinə... Azərbaycanda bu işə son vaxtlara qədər kinostudiyanın nəzdində fəaliyyət göstərən "Azanfilm" studiyası məşğul olurdu. Studiya dövlət büdcəsindən maliyyələşir. Kinostudiyanın rəhbərliyindən soruşmaq lazımdı ki, dövlət onlara hər il pul ayırırdı, niyə ortaya diqqətəlayiq bir iş çıxmayıb? Bir ara demişdilər ki, "Cırtdan" nağılını müasir formada təqdim edəcəklər. Türklərin "Pepe"si, fransızların "Kayu"su tipli bir silsilə vəd eləmişdilər. Amma hələ ki, səs-soraq yoxdur. Hazırda ayrı-ayrı özəl studiyalar fəaliyyətə başlayıb. Onlar cizgi filmləri çəkirlər və sosial şəbəkələrdə yayımlayır. Ancaq sizin dediyiniz janrda, yəni məhz azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici işlər hələlik yoxdur. Cizgi film baha başa gələn işdir. Telekanallar da ucuz disklər alaraq, internet portallardan cizgi filmlərini köçürərək, dublyaj etməyə üstünlük verirlər, çünki bu, elə də böyük maliyyə tələb etmir, həmçinin, müəlliflik hüququ tələb edən də yoxdur, istədiklərini edirlər. Yerli studiyalarla müqavilə bağlamaq, bir az artıq vəsait sərf eləmək istəmirlər".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ozan · 15 Mart 02:3010

    Biz Türkiye Türkleri ecnebimiyiz? Türkiye Türkçesini de öğrensin usaqlar ne var bunda? Türkiye yi nasıl ecnebi olarak görürsünüz?

    Cavab yaz
  • Anonim
    Aztr · 15 Mart 07:5801

    Anaları öz dilini bilmir ovladın nece öz dilini ögrensin..

    Cavab yaz
  • Anonim
    Ayten · 15 Mart 08:2401

    Heqiqeten de usaqlar Turkiye turkcrsinde daha cox danisillar. Sinifde usaga sual verirsen turkce cavab verir. Ibtidai sinif muellimleri daha cox cetinlik cekir. 1ci sinifde oxuyan usaqdan hansisa esyanin adin sorusanda turk dilinde deyiller. Ona gore de biz evde butun xarici kanallari legv etmisik. Oglumun 3 yasi var . Artiq 2 ildi ki Arb gunesden basqa kanal gormuruk. Ozumuz de onnan bir yerde baxiriq. Heqiqeten de cizgi filmlerinden cox sey oyrenir

    Cavab yaz
  • Anonim
    Baba · 15 Mart 08:4901

    Millət özü kiçilib cırtdana dönüb!

    Cavab yaz
  • Anonim
    Xoruz baba · 15 Mart 09:4201

    Serial çəkilişlərinə milyonlarla pul xərclənilir. Uşaqlar isə xarici cizgi filminə baxırlar. Bəlkə vəsaitin təyinatını dəyişək?

    Cavab yaz
  • Anonim
    H · 16 Mart 00:1210

    Olsunda ne varki burda turk diliyle bizim dil eynidi onsuzda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.