Cəmiyyət

"Azərbaycanda turizmin daha da inkişafı üçün böyük potensial mövcuddur"

11 Mart 2018 19:29
Baxış: 359

"Azərbaycanda  turizmin daha da inkişafı üçün böyük potensial mövcuddur". Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda respublikamızın bölgələrində müasir tələblərə cavab verən turizm obyektləri istifadəyə verilir. Onun sözlərinə görə, görülən işlərin nəticəsidir ki, son illər Azərbaycana gələn turistlərin sayında xeyli artım var.

"Ölkəmizin coğrafi mövqeyi, təbiəti, iqlimi imkan verir ki, burada turizm daha da inkişaf etsin. Eyni zamanda,  respublikamızın tarixi-mədəni abidələrlə zəngindir ki, bu amil də xarici turistləri cəlb edir. Yəni, ölkəmizdə turizmin inkişafı üçün çox böyük potensial mövcuddur. Dövlətin dəstəyi ilə bu sahə dinamik olaraq inkişaf edir. Bu ilin birinci rübündə onminlərlə xarici turistin ölkəmizə gəlməsi də bunu sübut edir. Şübhə yoxdur ki, bu sahədə həyata keçirilən uğurlu tədbirlər sayəsində Azərbaycan turizm sahəsində daha böyük uğurlar qazanacaq"- deyə, R.Əliyev qeyd edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.