Cəmiyyət

Azərbaycanın ilk və yeganə film və serial kanalı - "Dalğa TV" - VİDEO

13 Fevral 2018 21:24
0 Şərh     Baxış: 6 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti süjetimiz Azərbaycanın ilk və yeganə ixtisaslaşmış film və serial kanalı olan "Dalğa TV" ilə bağlıdır. İki aydan çoxdur fəaliyyət göstərən "Dalğa TV" bu qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Buna səbəb kanalda dünyada sevilən film və serialların yüksək keyfiyyətdə və Azərbaycan dilində təqdim olunmasıdır. Yayımlanan seriallar arasında yerli məhsullar da xüsusi yer tutur. Kanalın yayımı bütün kabel televiziyalarda və internet üzərindən həyata keçirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, keyfiyyətli, bənzərsiz və ən əsası - dünya miqyasında sevilən filmlərin bir nömrəli ünvanı "Dalğa TV". Kanalın rəsmi saytı olan dalğa.az-a daxil olmaqla da siz film və serialları asanlıqla izləyə bilərsiz. Burada dünyaca məşhur serial və filmlər Azərbaycan dilində yüksək yayım keyfiyyəti ilə təqdim olunur. Tamaşaçıların rəğbətini qazanan yerli serialların yayımına da kanalda xüsusi əhəmiyyət verilir.

Ölkəmizin ilk və yeganə film kanalı olan "Dalğa TV" dünyanın ən öndə gedən şirkətləri ilə əməkdaşlıq edir. Həmin şirkətlərin məhsulları olan film və seriallar məhz yüksək keyfiyyətlə azərbaycan dilinə dublyaj olunmaqla yayımlanır.

Dünyaya səs salan "Canlı ölülər", "Vikinqlər" və "Taxt-tac oyunları" kimi bahalı serialları "Dalğa TV" və dalğa.az-da ana dilimizdə izləyə bilərsiniz. Bundan əlavə, hazırda kanalda dünyada izlənmə rekordları qıran "Bəyaz Kölə", "Kiçik Gəlin", "Əbədi Sevgi" və "Sevgi Qanunu" kimi seriallar həftəiçi hər gün yayımlanmaqdadır.

"Dalğa TV"də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də Meksika, Braziliya, Amerika, Kolumbiya, Hindistan və Türkiyə istehsalı olan seriallar yalnız Azərbaycan dilində yayımlanır.

"Dalğa tv"nin məhsulu olan "Şeyker" və "Şeyker plus" verilişləri sırf filmlərə həsr olunub. Verilişdə filmlərin görünməz tərəfləri, kadrarxasında baş verənlər və ən maraqlı məqamlar tamaşaçılara çatdırılır.

Hazırda kanalın yayımı "Azərspace 1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilir.

Milli.Az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın ilk və yeganə film və serial kanalı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.