Cəmiyyət

Ayaz Mütəllibov oğlunun vida mərasimində iştirak edib

9 Avqust 2011 17:40
Baxış: 440
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Anspress xəbər verir ki, bu gün Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Təzə pir məscidində ötən gün vəfat etmiş oğlu Azad Mütəllibovla vida mərasimində iştirak edib.
Mərasimə mərhumun ailə üzvləri və yaxın qohumları qatılıb. Ayaz Mütəllibovun həmsədri olduğu Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə eks-prezidentin adından jurnalistlərə müsahibə verib. O, A.Mütəllibovun adından ölkə rəhbərliyinə təşəkkür edib.

"Biz Ayaz Mütəllibovun adından, ailəsinin, şəxsən öz adımdan və partiyanın adından Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Azad xəstə olarkən Heydər Əliyev Fondu onun müalicəsi üçün pul ayırmışdı və onun hesabına o, Türkiyədə müalicə alırdı.

İkincisi, Ayaz müəllim də, mən də prezidentə məktubla müraciət etdik. Prezident böyük humanistlik nümunəsi göstərib göstəriş verdi ki, Ayaz Mütəllibovun toxunulmazlığı təmin edilsin. Qoy gəlib öz övladı ilə vidalaşa bilsin. Bu, doğrudan da böyük bir örnəkdir, nümunədir. Biz hamımız bilməliyik ki, ilk növbədə insanıq, bir millətin övladıyıq. Bir daha prezidentə təşəkkürümüzü bildiririk".

Xatırladaq ki, Azad Mütəllibov dünən 49 yaşında vəfat edib. Onun dəfn mərasimində iştirak etmək üçün Ayaz Mütəllibov 19 illik fasilədən sonra Bakıya gəlib. O, hava limanında jurnalistlərə heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ayaz Mütəllibovun adı bir neçə cinayət işində, o cümlədən Xocalı qətliamı və 20 yanvar faciəsinə dair istintaq araşdırmalarında hallanır. O, uzun illərdir ki, interpol vasitəsilə axtarışdadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.