Cəmiyyət

Bakı sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

7 Yanvar 2018 20:21
1 Şərh     Baxış: 4 142
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı sakini Vəfalı Sofiyev 1 ilə yaxındır ki, özünə maraqlı hobbi seçib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o, İnternetdə olan bütün yanıltmacları əzbərləyib.
Vəfalı Sofiyev Azərbaycan folklorunda olan əksər yanıltmacları bir dəfə də olsun yanılmadan deyir.
Onun sözlərinə görə, qısa bir vaxtda Azərbaycan dilində tapa bildiyi bütün yanıltmacları əzbərləyib, bitirib. Bundan sonra Türkiyə ədəbiyyatında olan yanıltmacları öyrənməyə başlayıb.
Vəfalı Sofuyevin başqa bir bacarığı isə çətin sözləri sürətli oxumasıdır. Onun iddialarına görə, Azərbaycanda ondan sürətli yanıltmac deyən yoxdur. Hətta maşın nömrələrini də hər kəsdən sürətli deyir.
Özünə rəqib axtaran yanıltmac usatsı Ginnesin Rekordlar Kitabına düşmək istəyir.
Hazırda fərqli mənbələrdən yanıltmaclar axtaran Vəfalı Sofuyevin ən böyük istəklərindən biri türk dünyası ədəbiyyatında olan bütün yanıltmacları öyrənməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.