Azərbaycanda əsl həkim - fitoterapevt kimi fəaliyyət göstərənlər çox azdır. Tibbi sahədən azca anlayışı olub-olmayanlar əlinə iynə alıb, insanları pis günə qoyurlar. Təbii ki, bu da elə fəsadlar yaradır ki, insanlar intihar belə etmək istəyir. Müsahibim, sözün əsl mənasında, həkim olub, təbii bitkilərlə müalicə etməyi bacaran və bu sahədə kifayət qədər təcrübəsi olan, kifayət qədər patsient məmnunluğu ilə qarşılan həkim - fitoterapevt Zeynəb xanımdır. Yollanırıq Şərq bazarının yanında fəaliyyət göstərən "Zeynəb estetik mərkəzə"... Salamlaşıb, dərhal keçirik əsas söhbətə ...
- Yeni ildə də iş başındasınız ...
- Bəli, çünki işimi çox sevirəm. Elə insanlar var ki, həqiqətən də ehtiyacları var və ya hər zaman işdə olduqları üçün yalnız bayram günləri müraciət edə bilirlər. Ona görə də bayram günləri də müraciət etmək istəyirlər üçün işləyirik. Həm mən işimdən zövq alıram, həm də ki, mənə kömək üçün müraciət edənlərə kömək edirəm. Bundan gözəl nə ola bilər?! Mərkəzimiz bazar günləri belə açıq olur.
- Saat neçədən-neçəyə fəaliyyət göstərirsiniz?
- Saatını dəqiq deyə bilmirəm, çünki konfranslara gedirik, xəstələr çox olur, onlara uyğun saatlar təyin olunur, buna görə də gəlmək istəyənlər əvvəlcədən müraciət edirlər. Bunu da qeyd edim ki, Gəncə filialımız da açılacaq, həm Bakıda, həm də Gəncədə fəaliyyət göstərəcəyik.
- Bildiyim qədərilə siz Tibb Universitetini bitirmisiniz. Təhsiliniz haqda məlumat verərdiniz.
- Bəli. Mən ali təhsilli həkiməm, profilim müalicə işidir, bitkilərdir. Kosmetologiyanı isə özüm üçün əlavə məşğuliyyət olaraq öyrənmişəm. Mən qalmaqal sevmirəm, heç kimin də işinə qarışmıram, hərə özünə cavabdehdir, amma başqa həkimlər barədə onu deyə bilərəm ki, insan var ki, illər boyu oxuyur, savadlıdır, amma bacarığı yoxdur. O insan heç vaxt irəli gedə bilməz. Savadlı olmaq gözəl bir şeydir, amma təcrübə olmadıqdan sonra uğur qazanmaq mümkünsüzdür. Həkimlər var ki, tibb sahədə o qədər də geniş məlumatı olmasa da, təcrübəsi o qədər əhatəlidir ki, illər boyu oxumuş birinin diaqnozunu qəbul etmir, ən gözəl müalicəylə pasienti sağaldır. Bu da həmin həkimin yüksək təcrübəsindən irəli gəlir. Kosmetoloqlara gəldikdə isə, Allah hamının ruzisini yetirsin, amma halaldan yetirsin.
- Zeynəb doktor, mərkəziniz haqqında danışaq.
- Aşağı mərtəbəmiz kosmetoloji mərkəzdir, yuxarı mərtəbədə isə mən sırf bitkilərlə müalicə edirəm.
- Bitkilərlə hansı xəstəlikləri müalicə edirsiniz?
- Qurd xəstəliklərini heç bir kimyəvi maddə istifadə etmədən müalicə edirik. Saç dəri xəstəliklərinin müalicəsi tam təbii üsulla aparılır. Zəmanətli şəkildə ... Və patsient özü nəticəni dərhal hiss edir.
- Bu yaxınlarda istaqram hesabınızda gördüm ki, balaca bir uşağı keçəllikdən xilas etmisiniz. Bu barədə məlumat verərdiniz.
- Mən həmişə çalışmışam ki, kiməsə yaxşılığım keçsin, görsəm ki, yaxşılıq edə bilməyəcəm, o zaman pislik də etmirəm. Həmin xəstələri başqa həkimə yönəltmişəm, demişəm ki, məndə müalicəsi yoxdur. Göz önündədir ki, insanlar bizim müalicədən necə razılıq edir, necə xeyirini görür. Həmin pasientimiz də müalicəmizin effektini görənlərdən biridir. İnanılmaz şəkildə, tamamilə qaşı, kipriyi olmayan bir pasientimiz kursumun tamamını bitirmədən 20 günün içərisində çox gözəl effekt gördü. Bu gün də bizə təşəkkürünü babası vasitəsilə bildirir.
- Bilirəm ki, 2017-ci il sizin üçün uğurlu bir oldu. Elə xəstələr olubmu ki, dünyanı gəziblər, neçə-neçə həkimin qəbulunda olublar, lakin son çarəni sizdə tapıblar?
- Bizim elə maraqlı pasientlərimiz çox olub, gəzib dolanıblar bütün həkimləri, ən son çarəni bizdə tapıblar. Türkiyədə bir pasientin bağırsağında 2 metrə yaxın qurd aşkarlanmışdı, müalicə üçün mərkəzimizə gəlmək istəyirdi, amma mən bildim ki, bu, əməliyyatlıqdır, müalicə ilə həll olacaq problem deyil. Həmin şəxs əməliyyat olunduqdan sonra bizə müraciət etdi, hansı ki, həmin pasientdə Azərbaycanda aşkar olunmayan öküz soliteri qurdu var idi. Həmin qurd donuzun qanından keçə bilir. Çox şükür, biz həmin şəxsi sağaltdıq, mülicəmizin nəticəsində bütün qurdlar töküldü. Bundan başqa, Azərbaycanda 15 sm görülməkdə olan askarid qurdunun 49-50 sm olan növlərini müalicəmiz nəticəsində tökmüşük. Hansı ki, Lelinqradda həmin xəstəyə demişdilər ki, bizlik deyil, ancaq əməliyyat olunmalıdır, başqa əlacı yoxdur. Amma biz təbii üsulla müalicə elədik və uğurlu nəticə əldə etdik.
- Qurdların müalicəsindən sonra insanlarda hansı müsbət dəyişikliklər yaranır? Bu qurd tökülməsinin paxıllığa da aidiyyatı varmı?
- (gülür-red) Paxıllıq sağalmaz bir xətəlikdir. Müayinəsi çox asandır, ama mülicəsi yoxdur. Dəfələrlə öz həmkarlarımdan, hətta mənə aidiyyatı olmayan insanlar tərəfindən də paxıllıq görmüşəm. Elələri də var ki, mənim qanım qara olanda sevinirlər. Həmin insanlarla qarşılaşanda özümü qanı qara göstərirəm ki, qoy, bir az üzü gülsün. Elə insanlar psixoloji cəhətdən travma almış şəxslərdir. Keçək qurdların həqiqi fəsadlarına. Ən çox uşaqlarda ağız suyu, diş qıcaması, ürək bulanması, nadinclik, sidiyi qaçırtma, böyüklərdə isə ürəkbulanma, qusma halları, ayaqların şişməsi, qəbizlik halları ilə rastalşırıq. Bundan başqa saç tökülməsi, immunitetin zəifləməsi, yuxusuzluq, əsəb-sinir sisteminin zəifləməsi kimi fəsadları olur. Amma bütün bunları qurd xəstəliyinə bağlamaq da düzgün olmaz. Biz öncə laboratoriyaya müraciət edirik. Öz mərkəzimizdə laboratoriya olmadığı və heç bir klinika ilə işləmədiyimiz üçün pasient istənilən yerdə analiz verib bizə müraciət edə bilər. Pasientə rahatlıqla deyirəm ki, ürəyin harada istəyir, müayinədən keç, mənə cavabları gətir. Mən də həmin cavaba uyğun müalicə təyin edirəm. Faiz haramdır deyə, heç bir klinika ilə xüsusi işləmirik ki, məhz analiz vermək üçün insanları ora yönəldək.
- Bəs saç tökülməsi nə ilə əlaqədardır?
- Saç tökülməsi bir sıra səbəblərdən ola bilər. Amma əsas 3 faktor var: bunlardan birincisi irsi, genetika faktordur, ikinci faktor əsəb-sinir sisteminin pozulmasıdır, üçüncü faktor isə hormonal patologiyadır. Bunlardan sonra qan azlığı, dəmir çatışmazlığı, qurd xəstəlikləri və s. problemlər də saç tökülməsinə səbəb ola bilər. Amma əsas olan sadaladığım 3 faktordur. Genetik faktorlar elə bir şeydir ki, dünyada heç bir alim bunun qarşısında dayana bilməyib. Bu gün mənim də bunun qarşısında dayanmağım gülməli məsələdir. Ilk başda pasienti məlumatlandırırıq ki, boş yerə pulunu tökməsin. Əsəb-sinir sisteminin pozulması hallarında isə, mən nevropotoloq olmasam da, müdaxilə edirəm. Təbii üsulla müalicə edirik ki, sindromlar yerinə gəlsin ki, nəticə əldə edə bilək. Müalicə ilə paralel pasientə psixoloqa, nevropotoloqa müraciət etməsini də məsləhət görə bilərik. Paralel şəkildə müalicəmizi aparırıq. Hormonal patalogiya zamanı pasient qadındırsa, endkrinoloq, kişidirsə, androloqla paralel şəkildə müalicə aparırıq. Nəticəni isə gözlə görüləcək şəkildə əldə edirik. Əlbəttə ki, hər şey Allahın əlindədir, amma biz konkret zaman qoyuruq ki, bu qədər müddətə pasientin saç tökülməsi dayanacaq. Mən bilirəm ki, 13 günə bu adamın saç tökülməsini dayandırıram və bərpa prosesinə keçirəm. Bir pasientə deyirəm ki, saç tökülməni dayandıracam, həmin pasient əsəb, stress keçirirsə, artıq mənim sözümün bir mənası qalmır.
- Axı stressiz həyat yoxdur.
- Əlbəttə yoxdur, amma müalicə alan insan bilməlidir ki, o mülicə alır və bunu nəzərə almalıdır. Yəni, müalicə zamanı o da mənə kömək etməlidir.
- Yaxşı, bəs saçın bərpa prosesi necə baş verir ?
- Orqanizmdən orqanizmə fərq var. Naxçıvandan bir pasientimiz var idi, adını çəkməyəcəyəm, xanımın saçı tökülürdü, tökülən hissədə isə tüklər bərpə olmurdu. Bu problemə görə bir çox həkimlərə müraciət etmişdi, əlacı kəsilib, ümidsiz bir şəkildə mənə müraciət etdi. Xanım mərkəzimizə çox pis vəziyyətdə gəlmişdi. Depressiyada idi. Özü də deyirdi ki, son ümid yerim buradır. Gəldi, illərlə saç çıxmayan hissədən 20 günə xanımın saçları bərpa oldu. İnstaqram hesabımda da paylaşılıb. Bundan başqa, pasientimiz olub ki, nişanlı olub, nişanı qayıdıb, stressdən topa-topa, ocaqvari saç tökülmələri ilə üzləşib. Bərpa zamanı görürdüm ki, xanımın xırda-xırda saçları tökülür. Soruşurdum ki, bu necə ola bilər, körpə saçlardır axı, sən nə edirsən ki, bunlar tökülür. Deyirdi ki, heçnə. Atası bizə zəng vurub dedi ki, qızım, o, sizi aldadır, neçə dəfə hamamda ağlayanda səsini eşitmişəm. Dedi ki, ona deyin ki, sənə müalicə vermirik. Mən də atasının dediyini elədim, məqsəd qoydu qarşısına, and içdi ki, siz nə desəniz, odur. Hal-hazırda o qızın bərpa edilən saçları öz saçına elə qarışıb ki, ayırmaq mümkün deyil. Bu yaxınlarda qurdunu müalicə elədiyim Zeynəb adlı bir pasientimdə isə gecə vaxtı boğulmalar olurdu, çox bərk öskürürdü. Müalicə etdik. Bir neçə gündən sonra anası dedi ki, uşaq öskürürdü, qaldırdıq ki, üzünə hava gəlsin. Ağzından qurd töküldü. Uşağın da şəkli, qurdun da şəkli instaqram hesabımda paylaşılıb, altında da məlumat. Hətta mən deyə bilirəm ki, sən evə gedəcəksən bu müalicəni edəcəksən və filan günlərdə səndən qurd töküləcək.
- Həqiqətən çox maraqlıdır. Amma istərdim ki, "Zeynəb estetik mərkəzindəki" kosmetologiya sahəsi haqqında da danışaq.
- Bizim mərkəzin adından da bəlli ... Həm də estetik mərkəzdir. İstənilən estetik prosedur bizdə mövcuddur. Mən əlavə təhsilimi Monakoda almışam və bizim Avropada təhsil almağımız bizə çox kömək oldu. Qızlarımızı da göndərdim ki, onlar da gedib Avropada təhsil alsınlar. Mən də bildiklərimi onlara öyrətdiyim üçün prosfesional şəkildə kosmetologiya ilə məşğul oluruq. Niyə bizim mərkəz fərqlənir? Niyə bu qədər insan bizdən razıdır? Heç kimi yalandan danışdırmaq, özünü təriflətmək olmaz. Düzdü müalicəmin qiyməti var. Amma mən gecə yatanda rahat yatıram, bilirəm ki, qazandığım pul halalımdır, əminəm ki, nəticə əldə edəcəyəm, vicdanım rahat olur. Bu sübutdur ki, xəstənin valideyni deyir ki, uşağım dişlərini qıcayırdı, artıq qıcamır, boyu çıxmırdı, artıq uzanıb.
Kosmetoloji şöbəmizdə də müalicələr eyni təbiiliklə aparılır. Bütün məhsulları mən özüm Fransadan gətirirəm. Hər birinin içərisində mütləq əsl sertifikatı olur. Sizə bir şey açıqlayacacağam, dırnaqarası həkimlər pasientə bahalı bir qutunu göstərir ki, gör sənə nə vururam. Qutunun üstünda holoqramı yoxdur, qutu da açıqdır. İçərisinə Çinin məhsulunu qoyub pasientin yanında çıxarır ki, guya bahalı məhsul istifadə edir. Preparat effekt verməsə, deyir ki, bu qədər insanda nəticə oldu, səndə yox?
- Məncə, bu artıq insanları aldatmaq yox, iflic etməkdir. Savadlı həkim bunu etməz.
- İnanın, bu insanın vicdanına bağlı olan bir şeydir. Mən bu barədə çox rahatam. Min şükür, necə iş görürüəm, elə də cavabımı alıram. Həm Allah, həm də bəndə tərəfindən. Mahsullara qaldıqda isə, onların içərisindəki sertifikatda məhsul haqqında bütün məlumatlar olmalıdır. Azərbaycanda preparatı vururlar, deyirlər ki, çıx get. Xaricdə isə bir məhsulu vurmaq üçün protokol yazılır, altına da imza atılır.
- Mənə elə gəlir ki, gel vurduranlar, dolğu etdirənlər həkimlərdən bunu tələb etməlidirlər.
- İnsanlarımızın gözünü boyayıblar. Misal üçün, siz dərzisiniz, mən sizə inanıb gəlmişəmsə, sizin hər sözünüzlə razılaşacağam. Çünki işin profesionalı sizsiniz. Həkimə gedənlər də elə ...
- Kosmetoloji şöbənizdə nələr var?
- Kometoloji şöbəmizdə kosmetologiyaya aid olan hər bir şey həyata keçirilir, amma təbii üsulla... Bunlara biorevilitizasiya, dodaq dolğusu, dodaq gelləri, fillerlər, gözaltı dolğuları, üz dolğuları, bədənin və üzün korreksiyaları, həmçinin gözəl PRP daxildir. Onu da qeyd edim ki, Azərbaycanda PRP üzrə yeganə həkiməm ki, xüsusi diplomunu almışam. PRP düzgün tətbiq edilməlidir, bu zaman dəyişikliyi görə bilərlər. Bundan başqa, tatunun olunması, tatunun pozulması, permament, kiprik qaynağı, laminasiya, kimyəvi, təbii karbon pilinq, xalların götürlməsi mərkəzimizdə həyata keçirilir.
Ünvan: Nərimanov rayonu Xətai pr 15, mərkəz 41
Əlaqə: (055) 691 84 64 votsap (051) 366 82 83
İnstagram: dr.zeyneb @drzeyneb @zeyneb_estetik_merkez
Facebook: Zeynəb Sadiqova
https://www.youtube.com/watch?v=4lDARvT7yzw&feature=youtu.be