Cəmiyyət

Azərbaycanda yeni sürücülük vəsiqəsi almaq üçün nə lazımdır?

1 Avqust 2011 15:34
Baxış: 876
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalının məlumatına görə, bu barədə məlumatı Day.Az saytına Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlayıb. Azərbaycan vətəndaşlarına sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyini xatırladan K.Əliyev deyib:

"Bəzən sürücü vəsiqəsini vaxtından tez yeniləməli olur. Məsələn, o, vəsiqəni itirir, vəsiqə oğurlanır, sürücü soyadını dəyişir və sair. Bu zaman vətəndaş ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat məntəqəsinə sağlamlıq haqqında tibbi arayış, şəxsiyyət vəsiqəsi və köhnə sürücülük vəsiqəsini təqdim etməlidir. O, bu sənədləri həftənin bazar günü istisna olmaqla, 6 gün ərzində təqdim edə bilər".

K.Əliyevin sözlərinə görə, sürücülük vəsiqəsinin yenilənməsi üçün 15 manat dövlət rüsumu nəzərdə tutulub: "Vəsiqə 1 gün ərzində dəyişdirilir. Azərbaycan qanunvericiliyinə görə, vəsiqə müddəti başa çatdıqdan sonra dəyişdirilə bilər. Amma bunun üçün tələb olunan sənədləri vəsiqənin müddətinin bitiminə bir neçə gün qalmış da təqdim etmək mümkündür".

Müddəti bitmiş vəsiqə ilə avtomobilin idarə olunması vəsiqəsiz sükan arxasına əyləşməyə bərabərdir. Bu zaman sürücü 60 manat məbləğində cərimələnir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.