Milli.Az xəbər portalı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən bildirir ki, orucu batil edən əməllər arasında ilk yerdə yemək və içmək durur.
Əgər oruc tutan şəxs bilərəkdən yeyərsə və ya içərsə, orucu batil olur. Batil etdiyi orucun hər bir günün qəzasını tutmalı və həm də onun kəffarəsini (ya bir qul azad etmək, ya iki ay oruc tutmaq və ya yaxud altmış fəqiri doyuzdurmaq) verməlidir. Əgər yeyib-içməyi haram olan qidalarla orucunu batil edərsə, bu halda yuxarıda qeyd etdiyimiz kəffarələrin hər üçünü və ya bəzisini yerinə yetirməlidir.Əgər oruc tutan şəxs səhvən və ya unutqanlıq üzündən bir şey yeyər və ya içərsə orucu batil olmaz.
2. Cinsi əlaqə
Əgər oruc tutan şəxs bilə-bilə cinsi əlaqədə olarsa orucu batil olar. Əgər oruc tutmağını unudub yaxınlıq edərsə orucu batil olmaz. Amma cinsi yaxınlıq zamanı yadına duşə ki, oruc tutub dərhal bu işi tərk etməlidir. Cinsi yaxınlığı tərk etməsə orucu batil olar. Bu zaman ona həm orucun qəzası, həm də kəffarəsi vacib olur.
3. İstimna
Əgər insan öz istəyi ilə istimna (özü özündə şəhvət hissi yaradaraq sperma ixrac etmək) edərsə bu zaman orucu batil olur. Qeyd etdiyimiz kimi ona orucun qəzası və kəffarəsi vacib olur. Əgər özündən ixtiyarsız olaraq məni (sperma) xaric olarsa, orucu batil olmaz.
4. Allah, Peyğəmbər və İmamların dilindən yalan danışmaq
Hər kəs qəsdən Allahın, Peyğəmbərin və İmamların dilindən yalan söyləyərsə (yazmaq, işarə etmək və bu kimi əməllər) orucu batil olur. Əgər Allahdan, Peyğəmbərdən və ya İmamlardan rəvayət olaraq bir şeyin düzgün olduğuna etiqad edib onu söyləyərsə və sonradan onun yalan olduğu ortaya çıxarsa, bu zaman orucu batil olmaz.
5. Qatı tozu udmaq
Oruc tutan şəxs bilə-bilə qatı tozu udarsa orucu batil olur. Həmçinin ehtiyatən vacibdir ki, həmin şəxs siqaret, tənbəki tüstüsü və s. bunun kimi şeylərdən də özünü qorusun. Əgər oruc tutduğunu unudub və ya özündən asılı olmayaraq, toz və bu kimi şeylərdən udarsa zaman orucu batil olmaz.
6. Başı tamamilə suya batırmaq
Oruc tutan şəxs bilərəkdən başını tamamilə suya batırarsa, bu zaman orucu batildir. Əgər özünün oruc tutduğunu unuda və ya ixtiyarı olmadan başı tamamilə suya batsa onun orucu batil olmaz.
7. Sübh azanı zamanı cənabət, heyz və nifas halında qalmaq
Əgər bir adam boynunda vacibi qüsl olduğu halda sübh azanına qədər qüsl almasa və ya təyəmmüm vacib olan halda təyəmmüm etməsə onun orucu batil olar. Əgər Ramazan ayı gecəsi cənabət qusulu olan şəxs sübh azanına qədər oyana biləcəyinə əmin deyilsə, yatmamışdan öncə qüsl etməlidir.
8. Maye ilə imalə etmək
Axıcı (maye) şeylərlə imalə etmək, hətta çarəsizlik və müalicə məqsədi ilə olsa belə, orucu batil edir.
9. Qusmaq
Əgər oruc tutan şəxs qəsdə qusarsa orucu batil olur. Əgər özündən asılı olmayaraq qusarsa, orucu batil olmaz.
***
Lakin, təkcə yuxarıda qeyd etdiklərimizdən qorunmaqla kifayətlənməməliyik. Belə ki, Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Oruc tutmaq təkcə yeyib içməkdən çəkinmək deyil. Oruc tutduğunuz halda dilinizi yalandan, gözlərinizi haram olan şeylərə baxmaqdan, çəkişmədən, həsəd aparmaqdan, qeybət etməkdən, təkəbbürlükdən, biri-birinizə qarşı ziddiyyət yaratmaqdan, söyüş söyməkdən, zülm etməkdən, qan tökməkdən və digər pis əməllərdən qoruyun. Allahın zikrindən və namazdan da qəflətdə olmayın" (əl-Əmali c.1 s.295).
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orucu hansı əməllər batil edir?
28 İyul 2011 23:41
Baxış: 48 706

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Daxili dəyişikliklər maddi qərarlarınıza təsir edəcək
-
Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?
-
Yeni qanunla sosial media reklamı tənzimlənir - Nələr dəyişəcək?
-
Günün qoroskopu: Peşəkar həyatda yeni istiqamətlər doğur
-
Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yenilik var
-
“Uşaqları “şikəst” edirsiniz...”
XƏBƏR LENTİ
-
“Kuruluş Osman”da şok ayrılıq - FOTO
-
Bakıda binada ilanlar kök salıb - Sakinlər təşvişdə - VİDEO
-
Alimlər ömrü 24 il uzada bilən 8 vərdişi açıqlayıb
-
Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı
-
Psixiatr stresin gizli əlamətlərini açdı
-
Bu xəstəlik yalnız 3 gecə zəif yuxu yatdıqdan sonra baş verir
-
Avtomobillərin salonunda insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlanıb
-
Uroloq xoşagəlməz sidik qoxusunun səbəblərini izah edib
-
Nazilə Ofeliyanı ağlatdı - "Bunun əri ərdir, bizimki..." - VİDEO
-
İki yüz manat qarşılığında sahibkarın 70 minlik fermasını yandırdı
-
Günün qoroskopu: Daxili dəyişikliklər maddi qərarlarınıza təsir edəcək
-
Vüqar Əbdülovun qızının toyundan VİDEO - FOTO
-
"Barselona" əzəli rəqibinin oyunçusunu almaq istəyir
-
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO
-
Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa
-
“Putinin helikopterini vurmağa cəhd ediblər”
-
Mbappe “Qızıl buts”u qazandı
-
Xatirə cavanlaşmaq üçün özünə uşaq qanı vurdurub? - FOTO
-
"Sabah"ı çalışdırmağa ən real yerli namizəd kimdir?
-
Yevlaxda bədbəxt hadisə - ölən və yaralanan var - yenilənib - FOTO
-
Tiflisdə Rusiya bayrağı təhqir edildi - Zaxarovadan reaksiya
-
Kiyevdən Bakıya uzanan körpü: geosiyasətə qarşı balanslı yanaşma
-
Lavrovdan müharibə açıqlaması: Bu, mütləq baş verəcək
-
Bakıda binada yanğın olub - yenilənib - FOTO