Cəmiyyət

Ani qorxmaqla şəkər xəstəliyinə tutulmaq olar?

28 Noyabr 2017 23:35
1 Şərh     Baxış: 3 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda Türkiyə mediası 8 yaşlı uşağın valideynlərindən qorxması nəticəsində şəkər xəstəliyinə tutulması haqda məlumat yayıb. Bu xəbər ictimaiyyətdə narahatlıqla qarşılanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, həkim-endokrinoloq Nadira Ağazadə belə xəstəliklərin irsən keçdiyini deyib: "Belə hallar baş verə bilər,amma burada irsi faktorun rolu böyükdür. Yəqin ki, həmin uşağın ana-atasında, birinci dərəcəli qohumlarında şəkərli diabet olub və nəticədə uşaqda da həmin xəstəlik əmələ gəlib. Anidən qorxmaqla heç kim şəkər xəstəliyinə tutulmur".
Uşaq endokrinoloqu İlsur Novruzov da bildirib ki, uşaqlarda şəkər xəstəliyi qəfildən yarana bilməz: "Ola bilsin ki, həmin uşaq şəkər xəstəliyini gizli şəkildə yaşayıb. Sadəcə, qorxu, stress xəstəliyin əlamətlərinin üzə çıxma prosesini sürətləndirib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.