Cəmiyyət

Şəmkirdə qəzada yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

17 Sentyabr 2017 22:59
0 Şərh     Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:59

Şəmkirdə avtomobilin maneəyə çırpılması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar sürücü, 1948-ci il təvəllüdlü Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Həşimov Əli Həsən oğlu, sərnişin -  eyni qəsəbənin sakini, 1941-ci il təvəllüdlü Kamranlı Əli Teymur  oğludur. Qəza zamanı avtomobildə daha bir sərnişin olub, onun xəsarət almadığı bildirilir.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

21:28

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Şəmkir rayonunun Sabir kənd ərazisindən keçən hissəsində baş verib.
Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hazırda hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili yardım maşını cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.