Cəmiyyət

"Sazz"da problem yarandı - Abunəçilər 22 gündür internetsiz qalıb

15 Sentyabr 2017 19:02
2 Şərh     Baxış: 1 635
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda simsiz internet xidməti göstərən ən böyük operator olan "Sazz"da böyük problem yaşanır.

Milli.Az xəbər verir ki, pressclub.az-a müraciət edən "Sazz" abunəçiləri bildirirlər ki, artıq bir aya yaxındır ki, internetsiz qalıblar. Vətəndaşların sözlərinə görə, modem sistemi "çöküb".

Abonent Əli Kərimov qeyd edir ki, 22 gündür gündür, şəbəkənin internetindən istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətin ofislərinə müraciət edən abunəçiyə deyilib ki, cərəyana qoşulu vəziyyətdə olan bütün abunəçilərin modemləri yanıb.

Problemlə bağlı danışan "Sazz"ın operatoru deyib ki, problem var, abunəçilərin müəyyən hissəsinin interneti kəsilib: "Hazırda problemin yoluna qoyulmasına çalışılır. Texniki problem aradan qalxan kimi, abonentlərimiz internetlə təmin olunacaqlar. Abunəçilərimizdən üzr istəyərək bildiririk ki, bu texniki bir problemdir. Onların internetsiz qaldıqları günün kompensasiyası da həll ediləcək". Operator problemin aradan qalxacağı dəqiq günü isə, bilmədiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.