Cəmiyyət

Namaz neçə yaşından qılınmalıdır?

24 Avqust 2017 07:33
0 Şərh     Baxış: 1 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Namaz neçə yaşından qılınmalıdır və ibadətə gec başlanılıbsa qəza namazları vacibdirmi?

İnsan yetkinlik yaşına çatdığı gündən vacib ibadətlərini yerinə yetirməli, o cümlədən, namaz qılmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, qız uşaqlarının yetkinlik yaşı cəfəri məzhəbində hicri-qəməri təqvimlə 9 yaş (miladi 8 il 9 ay), oğlanlar üçün 15 yaş (miladi 14 il 7 ay) qəbul edilib. Şafii və hənbəli məzhəblərində həm qızların, həm də oğlanların 15 yaşından gec olmayaraq yetkin olduqları qəbul edilib. Malikilərdə bu hədd 17 yaşdır, hənəfilərdə isə qızlar üçün 17, oğlanlar üçün 18 yaş götürülür. Amma bütün məzhəblərin fikrincə, əgər bu yaşdan əvvəl qızlarda menstruasiya baş versə, oğlanlardan məni gəlsə və ya hər iki cinsdə qarnın aşağıdarında cod tüklər bitsə, yetkin sayılırlar. Vaxtında qılınmamış namazların hamısı qəza edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.