Cəmiyyət

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı - YENİ XƏBƏR - VİDEO

19 Avqust 2017 21:43
7 Şərh     Baxış: 3 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər.

XəzərXəbər Sputnik Azərbaycan-a istinadən bildirir ki, videoda görüntülənən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.
Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.
***
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Bakıda ictimai nəqliyyatda indiyə kimi görünməyən hadisə baş verib. Beləki, avtobusda sərnişin sürücüyə silah çəkib. O, avtobusu dayanacaqdan kənarda saxlatmaq istəyib. Lakin sürücü bunun qadağan olduğunu deyib. Avtobusdaki digər sərnişinlər də sürücünü müdafiə edəndə təxminən 35-40 yaşlı həmin adam tapança çıxararaq ətrafdakıları hədələyib. Görüntülər avtobusun təhlükəsizlik kameralarına düşüb.
Sərnişin, sərnişin avtobusunda sürücüyə və digər sərnişinlərə odlu silah çəkib.
Hadisə Bakıda, Binəqədi rayonu ərazisində olub. Axşam vaxtı 9-cu mikrarayon ərazisində sərnişin avtobusuna minən təxminən 35-40 yaşında şəxs sürücüyə avtobusu niyə onun istədiyi yerdə saxlamaması ilə bağlı irad tutur.
Avtobusda olan sərnişinlərdən biri söhbətə müdaxilə edərk, sürücünü müdafiə edir. Bayırdakı sərnişin avtobusa daxil olur və ona məsələyə niyə qarışdığını soruşur.
Sərnişinləri və sürücünü odlu silahı yaxud ona bənzər əşya ilə hədələyən həmin şəxs, daha sonra tapançasını belinə qoyaraq avtobusdan düşür. Bu zaman sürücünün necə təmkinlə davrandığı isə diqqət çəkir.
Daxili İşlər Nazirliyi hadisəylə bağlı məlumat yayıb. Bildirilib ki, dünən saat 20:25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücünü tapança ilə hədələyən şəxslə bağlı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.