Məhəmməd peyğəmbər kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Allahın ən sevimli dostu, Onun sonuncu peyğəmbəri və bütün bəşəriyyətə göndərdiyi elçisi, habelə ən abid, ən əxlaqlı, ən həlim, Allahı ən yaxşı tanıyan və Ondan ən çox qorxan bir insan olmuşdur. Allah onu ən gözəl əxlaq sahibi etmişdir. Peyğəmbərə iman gətirmək imanın altı əsasından biri sayılır. Ona iman gətirmək üçün isə onu tanımaq gərəkdir. Onu tanımadan ona iman gətirmək qeyri-mümkündür.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərimiz Muhəmməd miladi tarix ilə 571-ci ildə Məkkə şəhərində anadan olmuşdur. O, Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşimdir. Onun atasının adı Abdullah, anasının adı isə Əminədir. O hələ dünyaya göz açmamışdan əvvəl atası vəfat edir. Bir neçə ildən sonra isə anası dünyasını dəyişir. Bundan sonra o, babası Abdulmuttalibin himayəsində qalır. Babası vəfat etdikdən sonra əmisi Əbu Talib ona qəyyumluq edir. O, Məkkə şəhərində Allahın himayəsi altında təmiz bir həyat sürərək dürüst şəxsiyyət kimi böyüyür. O, həyatı boyu bir yalan belə söyləməmiş və heç kəsə pislik etməmişdir. Hətta, öz həmyerliləri onu "Muhəmməd Əmin", "Etibarlı Muhəmməd" deyə çağırırdılar. İyirmi beş yaşına qədəm qoyduqda o, Məkkənin ən təmiz və ən zəngin qadınlarından olan Xədicə bint Xuveylid ilə evlənir və ondan altı övladı dünyaya gəlir. Qırx yaşına çatdıqda Uca Allah ona peyğəmbərlik bəxş edərək onu bütün bəşəriyyətə elçi olaraq göndərir və onun vasitəsilə Öz nurunu bütün dünyaya yayır. Peyğəmbərimiz Məkkədə İslam dinini üç il gizli, on il də açıq şəkildə təbliğ edir. O, insanları özlərinin və ata-babalarının ibadət etdiyi daşlardan və bütlərdən çəkindirərək yalnız Allaha ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmamağa çağırır. O, insanlara namaz qılmağı, zəkat verməyi, oruc tutmağı, doğru söz söyləməyi, əmanətə xəyanət etməməyi, qohumluq əlaqələrini qoruyub saxlamağı, qonşularla yaxşı münasibətdə olmağı əmr edir. Habelə, haram işlərdən, haqsız yerə qan tökməkdən, yalan və pis sözlər danışmaqdan, yetimin malını yeməkdən, namuslu qadınlara böhtan atmaqdan çəkindirir. Buna baxmayaraq Məkkə müşrikləri bu dini qəbul etmək və batil inanclarından əl çəkmək istəmirdilər. Həmin dövrdə Məkkədə və bütün Ərəbistan yarımadasında bütpərəstlik son həddə çatmışdır. Belə ki, Kəbənin içində 360-dan çox büt var idi. Hər qəbilə ibadət etdiyi bütü Kəbənin içinə yerləşdirir və vaxtaşırı onları ziyarət etməyə gəlirdilər. Məkkədə yaşayan və Kəbəyə baxan Qureyş qəbiləsi əsasən həmin ziyarətlərin hesabına gəlir əldə edirdi. Ona gərə də Peyğəmbəri qəbul etməməyin səbəblərindən biri iqtisadi maraqlar idi. Allahın dininə qarşı çıxan Məkkə müşrikləri Peyğəmbərin dəvətinin qarşısını almaq üçün hər cür vasitəyə əl atırdılar. Onlar Peyğəmbəri ələ salır, onu sehrbaz, kahin, dəli adlandırır, iman gətirən müsəlmanlara hər cür işgəncə və əzab-əziyyət verməkdən çəkinmirdilər. Hətta iş o yerə gəlib çatmışdır ki, Peyğəmbərin həyatına qəsd etməyə cəhd etdilər. Peyğəmbər və onunla bərabər müsəlmanlar on üç il Məkkədə müşriklərin əzab-əziyyətlərinə səbir edib dözdülər. Bundan sonra Allahın əmri ilə Peyğəmbər iman gətirənlərlə Mədinəyə hicrət etdi. Mədinədə olanların əksəriyyəti onu qəbul etdilər və mühacir müsəlmanlara sığınacaq verdilər. O, Mədinədə İslamı təbliğ etməyə davam etdi və nəticədə insanlar İslam dininə dəstə-dəstə daxil olmağa başladılar. Nəhayət, bütün Ərəbistan yarımadası İslamı qəbul etdi. Muhəmməd peyğəmbər on il Mədinədə yaşadıqdan sonra altmış üç yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu. İnsanları dünya və axirətdə səadətə, əmin-amanlığa qovuşduracaq İslam dini Qiyamətə qədər davam edəcəkdir. Uca Allah bizə Peyğəmbərin yolunu tutub getməyə və onun layiqli ardıcıllarından olmağa müvəffəq etsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ - YENİLƏNİB
-
Ordumuz yaz-yay rejiminə keçdi
-
Dövlət torpaq icarə haqqı necə hesablanacaq? - Yeni qaydalar
-
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib
XƏBƏR LENTİ
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb





