Cəmiyyət

Bakıda şəhid bulağı söküldü – FOTO - YENİLƏNİB

9 İyul 2017 19:19
2 Şərh     Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:18

Bulaq, həqiqətən, sökülüb.

Səbəbini öyrənmək üçün cəhd etsək, də heç bir nəticə əldə edə bilmədik. Müxbirimiz obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qaldı. Milli.Az oxu.az-a istinadən bildirir ki, özünü Haci kimi təqdim edən obyekt əməkdaşı, bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, bütün bu işləri özbaşına həyata keçirtdiklərini bildirdi.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni gündəmdə saxlayacağıq.

18:00

Yasamalda "Şəhid bulağı" sökülərək, yerində kababxana-pivəxana açılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, özügedən ərazi Yeni Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, "Qarabağ" adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

"Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla  aqressiv davranırlar", - şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.