Yuxusuzluq hamiləlik dövründə meydana çıxan problemlərdən biridir. Qadınların bəzilərində hamiləlik zamanı yuxusuzluq hamiləliyin ilk üçaylığından başlayır. Bunun səbəbi isə hamilə qadının çox gərgin olması və çox fikirləşməyidir. Ananın başında həddindən çox düşüncələrin olması onun sinir sistemindəki oyanıqlığı artırır ki, bu da qadının yuxularını " əlindən alır". Hamilə qadınların əksəriyyətində isə yuxussuzluq ikinci üçaylığın sonlarında və üçüncü üçaylıqda meydana gəlir. Bu zaman hamilə qadının qarnı böyümüş olur və o yatağa uzanarkən diskomfort hissi yaşayır. Qarın böyüdükcə yatağa rahat uzanmaq daha da çətinləşir və ananın yuxusu azalır. Bu zaman isə ananın ginekoloqa müraciət etməsində fayda var. Çünki, hamilə qadının normal yuxusu təmin olunmalı və o istirahət etməlidir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, hamiləlik zamanı qadınlarda yuxusuzluğun baş verməsində hormonal sistemdə olan dəyişikliklər də mühüm rol oynayır. Hamiləlik zamanı progestron və digər hormonunun miqdarı artır. Buna hazır olmayan orqanizmin sinir sistemində oyanıqlıq əmələ gəlir və yuxusuzluq baş verir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluq fizioloji səbəblərdən də baş verə bilir. Bu səbəblərə aşağıdakılar aiddir:
* qarının böyüməsi
* bel və ya onurğa hissədə ağrıların meydana gəlməsi
* uşağın ana bətnində həddindən çox hərəkət etməsi
* gecələr tez-tez sidiyə çıxma
* qıcqırma hissi
* əzələlərdə meydana çıxan qıcolmalar
* qarın dərisinin dartılması səbəbindən baş verən dəri qaşınmları
* diafraqmanın sıxılması səbəbindən meydana çıxan boğulmalar
Psixoloji səbəblər:
* xroniki yorğunluq
* əsəb gərginliyi, stress
* qorxulu gecə yuxuları
Hamilə qadınlarda olan yuxusuzluğu necə aradan qaldırmaq olar?
1. Hamilə qadınlar gərginlikdən uzaq durmalıdırlar.
2. Yüngül işlərlə məşğul olmaq qadının yorulmasına və rahat yatmasına səbəb ola bilir.
3. Hamilə qadın qorxulu yuxular görürsə yuxusunu mütləq kiməsə (ərinə, anasına, rəfiqəsinə) danışmalıdır. Bu onu psixoloji cəhətdən rahatladar. Psixoanalitiklər qorxulu yuxunun yaxın adamlarla müzakirə olunmasının insana rahatlıq gətirdiyini söyləyirlər.
4. Gün ərzində hamilə qadınlar üçün nəzərdə tutulmuş idman hərəkətləri qadının əhval ruhiyyəsini və gecə yuxusunu normallaşdırır.
5. Axşamlar təmiz havada gəzinti, sakit və dostcasına söhbətlər hamilə qadının yuxusunun normllaşmasına səbəb ola bilir.
6. Axşamlar yüngül yeməklərlə qidalanmaq, az maye qəbul eləmək yuxunun normallaşmasına yardım edir.
7. Yatmazdan əvvəl 1 stəkan qaynar süd içmək hamilə qadının yuxusunu dərinləşdirir.
8. Yatmazdan əvvəl qarının dərisini losyonla silmək dərinin qaşınmamasına və yuxusuzluğun baş verməməsinə səbəb olur.
9. Yatmazdan əvvəl əsəbləşməmək, yataq otağının havasını dəyişmək, hətta, otağın kiçik pəncərəsini açıq qoyub yatmaq rahat yuxuya səbəb ola bilir. Əgər hava sərindirsə o zaman ayağınıza corab geyinib yata bilərsiniz.
10. Hamilə qadının yatağı rahat olmalı, təbii yataq paltarı geyinməli və təbii patçadan tikilmiş yataq dəstələrindən iatifadə etməlidir.
11. Hamilə qadın yatağa uzanarkən özünə rahat poza seçməli və ona necə rahat olursa o cürə də uzanmalıdır.
Hamilə qadınlara yuxugətiricilərdən istifadə etmək olmaz. Bu səbəbdən də hamilə qadın yataq rejimini təyin etməli və yuxarıda yazılanlara əməl eləməlidir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Hamiləlik zamanı yuxusuzluq
9 İyul 2017 21:10
0 Şərh
Baxış: 7 234

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub - FOTO
-
Şans qapınızı döyür - İyulun ortasında parlayacaq 4 BÜRC
-
Ermənistanda nazir işdən çıxarıldı - FOTO
-
BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
-
Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah