Şübhə yoxdur ki, cadugərlik, falçılıq və ya ekstrasenslik ən böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90)
Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi əməldən çəkinin!" demiş və onlardan birinin də sehr olduğunu qeyd etmişdir". (Buxari, Muslim).
Qeybi (gələcəyi) Uca Allahdan başqa heç kim bilmir. Uca Allah buyurur: "De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65).
"De: "Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!" (əl-Əraf, 188).
Bəs necə olur ki, bəzən falçılar doğru məlumat verir? Bu məlumat çox vaxt qeybə aid yox, insanın bilmədiyi, amma şeytanların bildiyi şeyə aid olur. Məsələn, kimsə falçının yanına gələndə şeytanlar həmin insan haqqında məlumatları digər şeytanlardan (həmçinin falına baxdığı insanın şeytanından) öyrənir və falçıya vəsvəsə edərək bildirirlər. Falçı bu məlumatı həmin insana dedikdə o, təəccüblənir. Məsələn, onun şəxsi həyatı haqqında məlumatlar, və ya "sənə cadu edən filankəsdir", "itirdiyin əşya filan yerdədir" və s. Şeytanlar göydəki mələklərin gələcək işlər haqqında söhbətinə qulaq asa bilmirlər. Uca Allah buyurur: "Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar". (əs-Saffət, 8).
Gələcək haqqında verdikləri xəbərlər isə yerə enən mələklərdən eşitdikləri, bir doğruya yüz yalan əlavə edilmiş sözlərdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mələklərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda sözləri, üstəlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahinlərə təlqin edirlər". (Buxari, 3210).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Tirmizi).
Uca Allah Quranda dəfələrlə şeytanın insanın düşməni olduğunu bildirmişdir. Şeytanlar insan üçün xeyir istəməz, bu səbəbdən doğru məlumata 100 yalan qoşar, insanı küfrə, Cəhənnəm əzabına və günahlara sürükləmək üçün vəsvəsə verirlər.
Cadudan qorunmaq üçün dua yazdırmaq lazım deyil.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Falçılar necə olur ki, doğru xəbər verirlər?
27 İyun 2017 19:40
1 Şərh
Baxış: 9 261

DİGƏR XƏBƏRLƏR
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? – Qızı hər şeyi açıqladı
-
Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir
-
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq
-
Bakıda məzun qızın rəqs VİDEOsu 2 milyon izlənildi
-
Azərbaycanda çoxlarının istifadə etdiyi bu lezva SAXTA İMİŞ - VİDEO
-
Azərbaycanda su qıtlığı gözlənilir? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? – Qızı hər şeyi açıqladı
-
Gələcəkdə transplantasiya üçün donuz orqanları mümkün ola bilər
-
Sürücülər üçün əhəmiyyətli xəbər
-
Aygün Kazımovanın qızını görənlər tanımadı - FOTOlar
-
Paşinyan erməni milyarderin "qələmini qırır"
-
Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir
-
Telefon yaddaşınız dolubsa bunları edin - Şəkil və video silmədən...
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və Proqnozlar
-
Süleyman Süleymanova vəzifə VERİLDİ
-
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan etdi
-
Mahir Emrelinin yeni klubu açıqlandı
-
Elektrikli skuter sürənlərə xəbərdarlıq - VİDEO
-
7 dəqiqəyə İsrailə çatan "Sacil"... - VİDEO - FOTO
-
Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir
-
"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"
-
Hayfa limanı niyə vuruldu? - ABŞ və Çin gözləmədə
-
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda yazılan sözlər...
-
Fransa Azərbaycanla bu stadionda oynayacaq
-
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq
-
Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı
-
İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?
-
İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı - yenilənib
-
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur - FOTO
-
Ən yüksək balı onlar topladı - Adlar