Cəmiyyət

İndi də "Ətağa diplomu" verilir – VİDEO

17 İyun 2017 20:47
3 Şərh     Baxış: 2 159

Seyid vəsiqəsinin ardınca "Mir Mövsüm ağa fəxri mükafatı" laureatı təsis olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, "Rəhimli və Mərhəmətli Allahın adı ilə" başlayan diplomun üzərində şəxsin, "Mir Mövsüm ağa fəxri mükafatı" laureatıçısı olduğu qırmızı hərflərlə yazılıb.
Bir neçə gün əvvəl Elnur Tağıyevin, qazinin imzası ilə seyidlik vəsiqəsi alması barədə xəbərin ictimailəşməsi görünür şəkili yayanları təşvişə salıb. Çünki diplom sahibinin adı və soyadı xüsusi incəliklə gizlədilib.
Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir laureatdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.
İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir.
Laureat sözü olduğuna görə görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Seyid vəsiqəsinin ardınca "Ətağa" diplomu verilir

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    nergiz · 17 İyun 21:1171

    mashallah gun keçdikce orta esrlere dogru daha da "ireli gedirik" kim tutar bizi ))))

    Cavab yaz
  • Anonim
    Səma · 18 İyun 03:4611

    Gülməlidir. Cahil insanlar. Dünya inkişaf edir bizsə...

    Cavab yaz
  • Anonim
    СӘМИД УҸАРЛЫ · 18 İyun 16:5700

    сизин бош башыныза о мәсәлә

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.