Cəmiyyət

Moskva Dövlət Universitetinin Bakı Filialı tələbə qəbulu elan edib

29 İyun 2011 11:57
Baxış: 8 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2011/2012-ci tədris ili üçün ödənişsiz əsaslarla tələbə qəbulu elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tələbə qəbulu bakalavr pilləsi və rus bölməsi üzrə aparılır.

Universitetdə filologiya (rus və roman-german filologiyası), tətbiqi riyaziyyat, kimya və psixologiya ixtisaslarının hər biri üçün 25 yer ayrılıb. Sənədn qəbulu iyulun 6-dan 25-dək aparılacaq.

Qəbul imtahanları iyulun 26-dan avqustun 1-dək keçiriləcək.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.

MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planı və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur.

Tədris əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına MDU-da təhsil almaq imkanı əldə edəcəklər.

Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.