Ölkə

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

30 İyun 2025 10:01
Baxış: 1 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.

Milli.Az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.