Dəccal kimdir və nə vaxt gələcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir:
"Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha - Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: "Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir." (Səhih əl-Buxari, 3057).
Həmçinin demişdir: "Məsih Dəccal alçaqboylu, əyriayaq, buruqsaç, təkgöz - gözü də sürtülmüş, nə domba, nə də batıq olan bir kişidir. Əgər çaşbaş qalsanız (onun kim olduğunu ayırd edə bilməsəniz,) bilin ki, Rəbbiniz təkgöz deyildir" (Əbu Davud, 3763). Ona Məsih Dəccal deyilməsinin səbəbi məhz bir gözünün sürtülmüş olmasına görədir. Məsih sözü sürtülmüş, məsh edilmiş deməkdir.
Həmşinin demişdir: "...Sonra dönüb qarşımda qırmızıdərili, cüssəli, buruqsaç və sağ gözü kor olan birisini gördüm. Onun gözü sanki domba üzüm dənəsi idi. Mən soruşdum: "Bu kimdir?" Dedilər: "Bu, Dəccaldır!.." (Səhih əl-Buxari, 3441).
Həmçinin demişdir: "Dəccalın iki gözü arasında "kəf, fə, ra" yəni kafir sözü yazılıb. Oxumağı bacaran və bacarmayan hər bir müsəlman onu oxuyacaq" (Səhih Muslim, 2933).
Həmçinin demişdir: "Dəccal zühur edəcəyi zaman onun yanında su və od olacaq. İnsanlar nəyi od zənn edəcəklərsə, əslində, bu, sərin su olacaq. Nəyi sərin su zənn edəcəklərsə, o, yandırıb-yaxan bir od olacaq. Sizlərdən kim o vaxta qədər yaşasa, od zənn etdiyi şeyin içinə girsin. Həqiqətdə, o, şirin və sərin bir su olacaq" ("Səhih əl-Buxari", 3450).
Dəccaldan qorunmağın yolları
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - namazda dua edib deyərdi: "Allahummə inni əuzu bikə min əzabil-qabri və min əzabin-nari və min fitnətil-məhyə vəl-məmati və min fitnətil-məsihid-dəccal. (Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsihid-dəccalın fitnəsindən Sənə sığınıram!)" (Səhih əl-Buxari, 1377).
Peyğəmbər demişdir: "Kim "əl-Kəhf" surəsinin əvvəlindəki on ayəni əzbərləsə, bu onu Dəccalın fitnəsindən qoruyar" (Səhih Muslim, 1919).
Digər rəvayətdə isə belə demişdir: "Kim "əl-Kəhf" surəsinin axırındakı on ayəni oxuyarsa, bu onu Dəccalın fitnəsindən qoruyar" (Səhih Muslim, 1920).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
XƏBƏR LENTİ
-
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib





