Cəmiyyət

Hansı meyvələr haramdır və donuz əti niyə haram buyurulub?

18 Mart 2017 21:35
2 Şərh     Baxış: 6 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəriətdə xüsusi olaraq hansısa bir meyvə haram buyurulmayıb. Sadəcə zərərlilərini bir kənara qoyub insan orqanizimi üçün yararlı olanlarını yeyin! Uca Allah buyurur: "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin...". (əl-Bəqərə, 168).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Allahın kitabında, yaxud Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dili ilə haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyil. Allahın haram etmədiyi hər hansı qidanın haram olmasını demək Allaha qarşı iftiradır. Uca Allah buyurur: "De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?" Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Onlara əzab verilməyəcəyinimi güman edirlər?...". (Yunus, 59-60).
Digər ayədə isə belə buyurur: "Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar! (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!" (ən-Nəhl, 116-117).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.