Rusiya

Moskvada yaşayanlara xəbərdarlıq - Yanvarın 23-dən...

16 Yanvar 2025 00:36
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 23-dən sonra Rusiyanın mərkəzində, o cümlədən Moskvada 20 dərəcəyə qədər şaxtalar gözlənilir.

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki, bu proqnoz "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov tərəfindən açıqlanıb.

Onun sözlərinə görə, Moskvada və mərkəzi Rusiyanın digər şəhərlərində kəskin soyuqlar rəqəmsal uzunmüddətli proqnoz modellərinə əsasən gözlənilir. Bu soyuqlar davamlı olacaq və 20 dərəcəyə qədər şaxta müşahidə edilə bilər.

Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand daha əvvəl bildirmişdi ki, yanvarın sonuna qədər ölkənin əksər hissəsində temperatur normadan yüksək olacaq və isti hava şəraiti hökm sürəcək. Bununla yanaşı, Meteo Proqnozlar Mərkəzinin sinoptiki Aleksandr İlin qeyd edib ki, isti qış soyuq yazla əvəz oluna bilər.

Moskvada yaşayanlar mövsümi dəyişikliklərə hazır olmalı və ehtiyat tədbirlərini görməlidirlər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.