ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində üç tanınmış texnologiya lideri - İlon Mask, Ceff Bezos və Mark Zukerberq iştirak edəcək.
Milli.Az xəbər verir ki, bu barədə tədbirin planlaşdırılmasında iştirak edən rəsmilər məlumat yayıb.
Bildirilir ki, üç milyarder inauqurasiya kürsüsündə digər mötəbər qonaqlarla birlikdə əyləşəcəklər. İlon Mask mərasimdə iştirakı ilə bağlı paylaşımında "Bu qədər görkəmli bir yerdə olmaq mənim üçün böyük şərəfdir", - deyə bildirib.
Maskın Respublikaçıların seçki kampaniyasına 250 milyon dollardan çox ianə etdiyi və iyul ayında Trampı dəstəklədikdən sonra tez-tez onun yanında olduğu qeyd edilir. O, həmçinin yeni yaradılan Hökumətin Səmərəliliyi Departamentində məsləhətçi qismində iştirak edəcək.
Meta-nın rəhbəri Mark Zukerberq isə gələcək Respublikaçı administrasiya ilə əməkdaşlığı gücləndirmək üçün şirkətində bəzi dəyişikliklər edib. O, həmçinin Trampın andiçmə fonduna 1 milyon dollar dəstək verib və mərasimdən sonra xüsusi ziyafət təşkil edəcəyi gözlənilir.
Fidan
Milli.Az