Cəmiyyət

Bu ölkədən Azərbaycana təhlükə saçan toyuq əti gətirilir

15 Yanvar 2025 23:25
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Araşdırmalar nəticəsində məlum olub ki, Rusiyadan gələn toyuq ətlərinin böyük əksəriyyəti ya yumurtadan kəsilib kənd toyuğu adı ilə satılır, ya da damazlıq toyuqlar yumurtadan kəsildiyi üçün kəsilib Azərbaycana göndərilir.

Milli.Az xəbər verir ki, bu hər iki toyuğun yumurta verimliyi düşdüyünə görə təsərrüfatda baytarlıq tədbbirləri görülmür, çünki iqtisadi cəhətdən uyğun deyil. Bu tədbirlər görülmədiyi üçün onlar kəsilərək ucuz qiymətə satılır. Əvvəllər Afrika və daha kasıb ölkələrə göndərilirdisə, artıq Azərbaycana da göndərirlər.

Bəs yumurtadan kəsilən toyuğu niyə yemək təhlükəlidir?

Mütəxəssizlər qeyd edirlər ki, bu toyuqlara tibbi müdaxilələr edilmir, peyvəndlənmir. Onlar sarıkök və ya digər maddələr vasitəsi ilə kənd toyuğu adı ilə satılır. Normal toyuq ətində 16 protein olduğu halda, bu məhsullarda 7-8 protein olur. 

Vətəndaşları bu cür məhsullardan çəkinməyə çağırırıq.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.