ANCA-dan etiraf: Ermənistan Azərbaycana məğlub oldu
ABŞ-nin ən böyük erməni lobbi təşkilatı olan ANCA-nın xəyalları bir daha puç olduqdan sonra, təşkilatın rəhbəri Ermənistanın növbəti dəfə Azərbaycana məğlub olduğunu qəbul edib. Təşkilat bu dəfə puç olan xəyallarının günahkarı kimi ABŞ-nin getməkdə olan administrasiyasını ittiham etməyə çalışıb.
Belə ki, təşkilat Ağ Evdə bir neçə günü qalmış Bayden administrasiyası ilə Ermənistan arasında imzalanan "strateji saziş"in boş və manasız bir kağız parçası olduğunu dərk edərək, panikaya qapılıb.
ANCA-nın icraçı direktoru Aram Qambaryan imzalanan bu sənədi Bayden administrasiyasının Ermənistan üçün "vida hədiyyəsi" adlandırır, eyni zamanda, Amerikadakı erməni diasporunun gözündə öz günahlarını yumaq üçün açıq-aydın və boş bir cəhd olduğunu qeyd edir.
Xəyallar qurub və o xəyalların reallaşmadığını görən erməni lobbisi bunun günahını niyəsə ABŞ administrasiyasında görür, və imzalanan sənədi 5 gündən sonra Ağ Evi tərk edəcək Bayden administrasiyasının ermənilər qarşısında "günahını yumaq" cəhdi kimi dəyərləndirir. Həmişə olduğu kimi, "ermənilərdən başqa hamı günahkardır".
Bununla yetinməyib, ANCA ABŞ administrasiyasını Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıqda da ittiham edir. Belə ki, ermənilərin Vaşinqtonla "strateji saziş" imzalamasını qeyd etmələrinin növbəti günü onlar daha bir zərbə alır: ABŞ Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinə 100 milyon dollardan çox sövdələşmə üçün maliyyə ayırır. Şirkətin, öz növbəsində, bu vəsaitləri "Boeing"dən yük təyyarələri almaq üçün istifadə edəcəyi məlum olur.
İsteriyaya qapılan erməni lobbisi bunu görüb aviaşirkəti "silah daşımaqda", ABŞ administrasiyasını isə Azərbaycanla faydalı əməkdaşlıq etməkdə ittiham edir. Məlum məsələdir ki, onlar ABŞ-nin ermənilər ilə kağız parçası imzaladığı zaman, Azərbaycanla real və qarşılıqlı fayda gətirəcək razılaşmalar imzalanmasını həzm edə bilmir. Yük daşıması ilə məşğul olan və yetərincə tanınan bir aviaşirkəti "silah daşımaqda" boş və əsassız ittiham etməkləri bunun açıq göstəricisidir.
Bütün bunlar - ABŞ administrasiyasına və Azərbaycan aviaşirkətinə qarşı isterik ittihamlar - yalnız erməni lobbisinin fiaskoya uğradığını və ABŞ səhnəsində Azərbaycana yenidən məğlub olduğunu sübut edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Qazi aşpazın ölüm səbəb məlum oldui - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı





