Sürücülük hüququ məhdudlaşdırılanlar üçün sevindirici qərar, nəhayət ki, verildi. Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycan hökuməti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.
Əsasnaməyə edilən dəyişikliyə görə, nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün qaytarılır.
Nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə isə sürücülük vəsiqəsi imtahansız, həmin müddət bitdiyi gün qaytarılır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Azərbaycan Parlamenti İnzibati Xətalar Məcəlləsinə (İXM) 456.3-cü maddə əlavə olunması barədə qərar qəbul edib.
Onun sözlərinə görə, qanunvericilikdə müvafiq dəyişiklik olub, İXM-nin 456-cı maddəsinə müvafiq bəndlər əlavə edilib. Orada göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi, nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və ya daha az məhdudlaşdırılan şəxslər isə imtahansız, müddət bitdiyi gün qaytarılmalıdır.
K.Əliyev deyir ki, dəyişikliklərdən öncə, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış şəxslərin sürücülük vəsiqəsi bütün hallarda şəxs tibbi müayinədən keçdiyi və nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün qaytarılırdı.
Əsasnaməyə edilən dəyişikliklərin zəruriliyinə gəlincə, şöbə rəisi bildirdi ki, bununla bağlı çoxsaylı müraciətlər vardı: "Şikayətlər edirdilər ki, imtahan verib sürücülük vəsiqəsi almışıq, 3-4 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılıbsa, niyə imtahan verməliyik. Bütün bu kimi müraciətlər nəzərə alındı və məsələ həllini tapdı".
K.Əliyev qeyd etdi ki, əgər sürücülük vəsiqəsinin müddəti bitməyibsə, onu geri qaytaran zaman heç bir rüsum ödənilmir. Ancaq sürücülük vəsiqəsinin məhdudlaşdırılması dövründə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə, tibbi sağlamlıq haqqında arayış təqdim etməli və sürücülük vəsiqəsinə görə 15 manat dövlət rüsumu ödənilməlidir.
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sürücülük hüququ məhdudlaşdırılan şəxslər vəsiqəsini geri qaytararkən pul ödəməlidirmi?
13 İyun 2011 09:15
Baxış: 7 964

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
“Görüntülü zəng edirəm ki, üzümə deyin”
-
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
-
Leyla Əliyeva Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb
-
Ayşənin qətli ilə bağlı YENİ DETALLAR - Cemil izi itirmək üçün külli miqdarda pul verib
-
"Faladdin" həbs olundu - FOTO
-
Temperatur daha da artacaq - Küləyə aldanmayın
-
"Yuventus"dan Kenan Yıldızla bağlı son QƏRAR
-
"Paşinyanın başı kəsilsin" - Erməni keşiş - VİDEO
-
Xanım boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu - VİDEO
-
Çamadanda cəsədi tapılan Ayşənin polis əməkdaşı ilə son görüntüləri - VİDEO - FOTO
-
Prezident: Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi
-
Məşhur model toya bu geyimdə gəldi, qonaqların gözü onda qaldı - FOTOlar
-
Azərbaycanda məktəbli qız vəfat etdi – FOTO
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub - FOTO
-
Şans qapınızı döyür - İyulun ortasında parlayacaq 4 BÜRC
-
Ermənistanda nazir işdən çıxarıldı - FOTO
-
BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
-
Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq