Cəmiyyət

Günün resepti: Sürhüllü

6 Mart 2017 07:00
1 Şərh     Baxış: 14 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ətli "Sürhüllü"nün hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1kq ət (mal və ya qoyun əti)

2st.qırmızı lobya
50qr.kərə yağı
alça turşusu
5-6 diş sarımsaq
1 baş soğan
duz,istiot

Hazırlanması:

Hazırlamadan əvvəl lobyanı soyuq suda 5 saat saxlayın, 1 gecə də saxlaya bilərsiniz.  

Su lobyanın şişməsi üçün çox olmalıdır. Sonra suyu dəyişib, lobyanı 1,5 saat bişirin. Daha sonra isə başqa bir qabda xəmirə duz vurmadan yoğurmağa başlayın.

Yaxşıca yoğurduqdan sonra üzərini örtüb 5-10 dəq. mayalanmasını gözləyin.

Xəmiri uzununa kəsib barmaqlarınızın ucuyla yumrulayın. Yumrulanmış xəmiri xırda kvadrat formada kəsin.

Kəsilmiş hissələri bir-bir şəhadət barmağınızı basmaqla çəkin. Elə etmək lazımdır ki, xəmir maksimum nazik açılsın, qalın olmasın.

Xəmiri unlayıb ayrı-ayrı yığmaq lazımdır ki bir-birinə yapışmasın. Qazanda su götürüb əti (fərq etməz mal və ya qoyun) və baş soğanı soyub, doğramadan (bütöv halda) qaynadın.

Bişənə yaxın kərə yağını və əvvəlcədən hazır etdiyimiz qırmızı lobyanı, hazır sürhüllüləri əlavə edib, duz səpin. Sürhüllümüz hazırdır. Süfrəyə zövqə görə alçadan və yaxud zoğaldan hazırlanmış hazırlanmış turşu və sarımsaqla verilir.

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.