Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər.
Bəs kimlər dövlət hesabına mənzil ala bilər?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, qüvvədə olan qaydalara görə, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır.
Onun sözlərinə görə, vətəndaşlar dövlət mənzil fondundan yararlanmaq üçün yalnız bir dəfə növbəyə götürülə bilərlər. Bu mexanizmin əsas məqsədi şəxsi daha geniş və ya ideal yaşayış şəraiti ilə təmin etmək deyil, minimum yaşayış ehtiyacını qarşılamaqdır. Ailənin böyüməsi və ya mövcud şəraitdən narazılıq isə yeni hüquqi əsas sayılmır.
O qeyd edib ki, yalnız istisna və ciddi hallar zamanı təkrar müraciətlərə baxıla bilər:
"Məsələn, təbii fəlakət nəticəsində yaşayış sahəsi tam yararsız vəziyyətə düşərsə, bu, yeni hüquqi vəziyyət kimi qiymətləndirilə bilər. Lakin eyni səbəblə ikinci dəfə mənzil tələb etmək digər ehtiyacı olan şəxslərin hüquqlarına müdaxilə sayılır və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir".
Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə isə tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi məqsədi daşıyır. Qurum bildirir ki, əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır və indiyədək bu kateqoriyadan olan 16 mindən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.
Qeyd edək ki, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını birdəfəlik prinsip üzərində qurur və yalnız fövqəladə hallar istisna olmaqla təkrar müraciətlərə imkan verir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərə sığorta ödəniləcək
-
Lənkəranda illərdir həllini tapmayan yol problemi: Taksi belə gəlmir
-
Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?
-
İyulun 7–8-də Günəş aktivliyi artacaq
-
Sosial şəbəkədə satılan "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlanıb
-
AZAL Qarsa birbaşa uçuşlara başlayır
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər qazsız qalacaq
-
Günəşdə güclü partlayış oldu
-
"Arka sokaklar" serialı ilə bağlı yeni xəbər
-
Tramp Türkiyədə İranla bağlı göstəriş verdi
-
KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi
-
Azərbaycanda avro ucuzlaşdı
-
Bu şəxslərə sığorta ödəniləcək
-
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"yə qarşı
-
Balakən və Zaqatalanı sel apardı
-
Dərnəgül yolunda ağır qəza: Sürücü öldü - (Foto)
-
Türkiyəyə Makronsuz gəldi - (Foto)
-
“Qarabağ” yeni formalarını təqdim etdi - (Foto)
-
İradə İbrahimova: "3 mərtəbəli evdə yaşayırıq, qocalanda balaca evə köçəcəyik" - (Video)
-
Şüvəlanda dənizdən gəncin meyiti tapıldı
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
ABŞ İranı bombaladı: 80-dən çox hədəf vuruldu
-
Xameneinin cənazəsi İraqa gətirildi
-
Gəncədə 22 yaşlı qızın meyiti tapıldı
-
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - Yaralılar var
-
Xocavənd və Şuşaya növbəti köç olub
-
DÇ-2026: İsveçrə penaltilərlə 1/4 finalda
-
"Eşref Rüya"dan sonra yeni layihəyə imza atdı (Foto)
-
6 aya 95 kilo arıqladı – Qadının inanılmaz dəyişimi gündəm oldu - (Video)
-
Maşından belə səslər gələndə hərəkəti dərhal dayandırın





