Cəmiyyət

Şüreyh qazı kim olub?

12 Fevral 2017 20:20
2 Şərh     Baxış: 3 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şüreyh ibn Haris Kindi təxminən 60 il Kufə şəhərində qazılıq vəzifəsini yerinə yetirmişdir. Onu bu vəzifəyə Ömər ibn Xəttab təyin etmişdir. Sonrakı xəlifələrin də zamanında (bəzi fasilələri çıxmaqla) Şüreyh öz vəzifəsində qalmışdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Şüreyhin 100 ildən artıq yaşadığını yazırlar. Zahiri görünüşcə kosa, xasiyyətcə zarafatcıl imiş. Şiə mənbələrində Şüreyh məzəmmətlə xatırlanır. Səbəbi budur ki, bəzi mənbələrdə Kufə valisi Übeydullah ibn Ziyadın istəyi ilə İmam Hüseyni (ə) öldürmək barədə fətvanın məhz Şüreyh tərəfindən verildiyi yazılıb. Dini dairələrdə Şüreyh qazı obrazı zalım hökumətlə əlbir olan din xadimlərinin simvolu kimi qəbul edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.