Cəmiyyət

Nisab nə deməkdir?

7 Fevral 2017 21:20
0 Şərh     Baxış: 1 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nisab əsasən zəkat hökmlərinə aid olan bir termindir. İslam şəriətinə görə, insanın il ərzində əkib-becərdiyi bəzi məhsulların kütləsi, saxladığı heyvanların sayı və malik olduğu qızıl-gümüşün çəkisi müəyyən həddə çatdıqda, onların zəkatı verilməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, zəkatın vacib olduğu həddə nisab deyirlər. Yəni adlarını çəkdiyimiz əmlak (məhsul, heyvanat və qızıl-gümüş) nisab həddinə çatanda onun zəkatı ödənməlidir. Şəriətdə nisabın dəqiq ölçüləri göstərilib. Məsələn, qoyunların sayı 40-a çatanda biri zəkat verilməlidir. Nisab həddinə çatmayan mal üçün zəkat verilməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.