Təvəssül etməyin şərtləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər. (Erfan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, təvəssül etməyin həqiqəti Allaha yaxşı əməl görərək yaxınlaşmaqdır.
Yəni, Allahın iradəsinə söykənərək, mübarək şəxslərdən vasitə kimi istifadə etməkdir. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın". ("Maidə" 35).
"Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər". ("Nisa" 64).
Təvəssül etmək insanın aqibətini xeyirli edən əməllərdəndir. Ancaq bu mühüm əməlin özünün də şərtləri vardır ki, onlarla tanış olaq:
1. Niyyət xalis olmalıdır. İmam Əli (ə) buyurur: "İlahi bəxşiş - niyyətin (ixlasının) ölçüsünə görədir".
2. Təvəssül edən zaman hacət məntiqli olmalı və dini çərçivədə olmalıdır.
3. Təvəssülün və duanın yerinə yetməsinin ən mühüm şərti - iman və saleh əməldir. O kəs ki, Allahla bağlı əhdinə əməl etməz, hacətinin tez yerinə yetməsinin intizarında olmasın.
4. Ümid etmək. Bəzən insanın duasının yerinə yetməsinin zamanı hələ gəlib çatmayıbdır. Ona görə də uzun zaman dua edir və İmamlara (ə) təvəssül edir. Bu yolla Allahla olan rabitəsi möhkəmlənir. Əslində təvəssül və dua etmək - Allahın bəndəsinə olan lütfünün nişanəsidir.
Belə bir bəndə dua və təvəssül yolu ilə özünü İlahi qürbə daha da yaxınlaşdırar. Mühüm olan budur ki, məyus və ümidsiz olmasın.
5. Bəzən bir duaın yerinə yetməsi insanın faydasına olmaz. "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz". ("Bəqərə" 216).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ - YENİLƏNİB
-
Ordumuz yaz-yay rejiminə keçdi
-
Dövlət torpaq icarə haqqı necə hesablanacaq? - Yeni qaydalar
-
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib
XƏBƏR LENTİ
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə





