Cəmiyyət

Azərbaycanda ilin tikinti şirkəti hansı şirkət seçildi?

21 Dekabr 2016 15:15
Baxış: 5 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Melissa Group tikinti şirkəti "Azeri Business Award" mükafatlandırma mərasimində "ilin tikinti şirkəti" olaraq seçildi.

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkət insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla ilərləməkdədir. Bu illər ərzində öz etibarlılığı ilə seçilən Melissa Group "Azeri Business Award" mükafatlandırma mərasimində ilin tikinti şirkəti olaraq seçildi. Şirkətin direktoru Xəzər Məmmədov mərasimdə "Azeri Business Award" mükafatını qəbul etdi.

5 ay öncə Melissa Parkın ilk binasını sakinlərə çıxarışla təqdim edən şirkət, söz verdiyi kimi, Melissa Parkın ikinci binasının çıxarışını da mənzil sahiblərinə mükafatlandırma mərasimində təhvil verdi.

Melissa Group "Halal" MTK, "General" MTK, "Yüksəl" MTK, "ASP" MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hal-hazırda "Melissa Park", "Melissa Residence", "Melissa Azadlıq" layihələrinin icrasını davam etdirən Melissa Group tikinti şirkəti sağlam təməlli, müasir görünüşlü, möhtəşəm binaların inşası ilə daim alıcıların diqqət mərkəzindədir və peşəkar fəaliyyətini dəfələrlə sübut edən şirkət mükafata təsadüfən layiq görülmədiyini əyani şəkildə göstərdi.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.