Cəmiyyət

Namazda əl ilə təkbir hansı hallarda deyilir?

11 Dekabr 2016 19:35
8 Şərh     Baxış: 3 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) namaz üçün təkbir gətirdikdə əllərini çiyin səviyyəsinə qədər qaldırardı. Ruku etmək istədikdə, başını rukudan qaldırdıqda və iki rükətdən sonra ayağa qalxdıqda (birinci təşəhhüddə) eyni şeyi edərdi. (əl-Buxari "Raful-Yədeyn" 8; İmam Əhməd, 717).
Abdullah ibn Ömər (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaza dur­duqda əllərini çiyinləri bərabərində qaldıraraq təkbir (Allahu Əkbər) edərdi. Rukuya getmək istədikdə də eyni ilə əllərini qaldırardı. Rükudan qalxdıqda da eyni ilə edərdi. Səcdədən başını qaldırdıqda isə bunu etməzdi". (Muslim, 587).
Əbu Humeyd əs-Saidi belə buyurdu: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaza qalxdıqda əllərini çiyinləri bərabərində qaldırardı. Sonra təkbir edər və hər bir sümüyü (əzası) yerli-yerində qərar tutardı. Sonra (Quran) oxuyardı. Sonra təkbir edərək əllərini çiyinləri bərabərində qaldırardı. Sonra rukuya gedər və ovuclarını dizlərinə qoyardı. Sonra belini düz tutardı və başını nə əyər nə də qaldırardı. Sonra başını qaldırıb "Səmi Allahu limən həmidəh!" deyərdi. Sonra düz dayanaraq əllərini çiyinləri bərabərində qaldırardı. Sonra "Allahu Əkbər!" deyərdi. Sonra yerə səcdəyə gedər və qollarını yanlarından aralı tutardı. Sonra başını qaldırar və sol ayağını yayararaq üzərinə oturardı. Səcdəyə getdikdə isə ayaq barmaqlarını (qibləyə doğru) dik tutardı. Sonra səcdəyə gedərdi. Sonra "Allahu Əkbər" deyib başını səcdədən qaldırar və sol ayağını yayararaq üzərinə oturardı. Hər bir sümüyü (əzası) yerli-yerində qərar tutardı. O biri rükətdə də eyni ilə edərdi. (İlk) iki rükətdən qalxdıqda təkbir edər və eyni ilə namaza başladıqda olduğu kimi əllərini çiyinləri bərabərində qaldırardı. Sonra da namazının qalan hissəsini də eyni ilə təkrarlayardı. Salam verəcəyi rükətə gəlincə sol ayağını çölə çıxarıb sol yanı üzərinə oturardı". Onlar dedilər: "Doğru söylədin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə namaz qılardı". (Əbu Davud, 730).
2. Dördüncü rükətə qalxdıqda əllər yuxarı qalxmır.
3. Səcdəyə getdikdə dabanların birləşməsi sünnədir, bunu tərk edənin namazı batil olmur.
4. İkinci təşəhhüddə olan oturuş qaydası birinci təşəhhüddə olan oturuş qaydasından fərqlənir. Abdullah rəvayət edir ki, o, Abdullah ibn Ömə­rin namazda oturanda ayaqlarını çarpaz qoyduğunu görərdi. (Abdullah deyir ki:) "O vaxt cavan idim deyə mən də belə etdim, lakin Ab­dullah ibn Ömər (bunu) mənə qadağan edib dedi: "Namazda (Sünnəyə mü­va­fiq qaydada) oturmaq (üçün) sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoymalı və sol ayağını büküb üstündə oturmalısan". Mən dedim: "Axı sən belə edir­sən". O dedi: "Ayaqlarım məni saxlamır (deyə belə edirəm)". (əl-Buxari, 827).
Rəvayət edir ki, Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qıldığını hamınızdan yaxşı yadda saxlamışam. Mən görmüşəm ki, o: "Allahu Əkbər" deyəndə əllərini çiyinləri bərabərinə qaldırardı, rukuya ge­dən­də əllə­rini dizlərinə qoyar və belini dümdüz saxlayardı, (rukudan) başını qal­dıranda bütün fəqərələri öz yerinə düşənə qədər qəddini düzəldərdi. Səcdəyə ge­dəndə əllərini yerə elə qoyardı ki, nə dirsəkləri yerə dəyər, nə də böyrünə to­xunardı. Ayaq barmaqlarının uclarını isə qibləyə tərəf yönəldərdi. İkinci rü­kət­də (təşəhhüdü oxumaq üçün) oturanda sol ayağının üstündə oturar və sağ aya­ğı­nın pəncəsini şaquli vəziyyətdə tutardı. Axırıncı rükətdə oturanda isə sol aya­ğını sağ tərəfə çəkər, sağ ayağının pəncəsini şaquli vəziyyətdə tutar və sol yanı üstə oturardı". (əl-Buxari, 828).
Bu oturuş qaydası yalnız fərz namazlarında, üçrükətli və dördrükətli namazların axırıncı rükətlərində edilir. Sübh və sünnə namazlarının axırıncı rükətində isə ilk təşəhhüddə olan oturma qaydası tətbiq edilir. Axırıncı rükətdə olan oturuş qaydası da sünnədir və onu edə bilməmək namazı batil etmir. Həmçinin, baxın:
Namaz qılmaq qaydası - VİDEO
Namazın rüknları və vacibləri
5. Xeyr, günah deyil. Çünki bu saytın fəaliyyət göstərməsində məqsəd sual verənlərin və ya cavabı yazanların tanıtımı yox, əksinə insanları dini məsələlərdə maarifləndirmək və səhih mənbələrə söykənən dəlillər əsasında onlara bilmədiklərini çatdırmaqdır. Cavab verən o zaman günah qazanmış sayılar ki, o, oxuyucuları bilərəkdən Quran və Sünnəyə əsaslanmayan, səhih olmayan dəlillərlə haqq yoldan azdırsın. Məlumat üçün onu da deyək ki, burada suallara cavab verən şəxslər, müxtəlif İslam universitetlərində elm və təhsil almış məzunlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.