Cəmiyyət

Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdi

2 Dekabr 2016 18:23
0 Şərh     Baxış: 11 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra "Moskva" prospektinə oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkət edərək A.M. Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək.

Bu dəyişikliyin edilməsinin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun "İnşaatçılar" stansiyasına eləcə də, şəhər mərkəzi istiqamətində gediş gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş gəlişi də asanlaşacaq.

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 37 nömrəli müntəzəm şəhərdaxili  marşrut xətti üzrə avtobuslar 3 dekabr tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.