Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayda özümüzü nədən qoruyaq?
23 May 2011 09:00
Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havalar qızır, yay fəslinin astanasındayıq. Yayın gəlişi, havaların qızması insan orqanizminə təsirsiz ötüşmür. Temperaturun tədricən yüksəlməsi orqanizmdə müəyyən dəyişikliklərə yol açır. Müxtəlif xəstəliyi olan insanlarda bu, özünü daha qabarıq büruzə verir.
Kardioloq Turxan Yusifov Milli.Az xəbər portalına açıqlamasında deyib ki, yay fəslinin xarakterik təsiri istilikvurma və günvurmadır. Onun sözlərinə görə, hər iki hal beyin mənşəlidir. Ona görə də Günəş şüası birbaşa insan beyninə təsir göstərirsə, qusma, ürəkbulanma, halsızlıq və ya hava çatışmazılığı olur.
Kardioloq deyir ki, günvurmanın yüngül, orta və ağır mərhələsi var. İlkin mərhələdə insanda tərləmə olur. Bu, orqanizmin özünümüdafiə qabiliyyətinin göstəricisidir. Çünki fizika qanunlarına görə, tərləmə soyuma ilə nəticələnir. Ağır mərhələdə isə tərləmə dayanır və insan huşunu itirə, hətta qıcolmalar baş verə bilər. Digər bir tərəfdən, yayda istivurma halı da ola bilər. Günvurma Günəş şüasının təsiri altında yaransa da, istivurma istilik nəticəsində yaranr. Qapalı yerdə, avtobusda sıxlıq olarsa, istivurma baş verə bilər.
T.Yusifov hesab edir ki, günvurmanın baş verməsində insanların yaşı əsas olmasa da, uşaqlar və yaşlılar buna qarşı daha dözümsüzdür. Günvurma hallarına ən çox iyul və avqust aylarında təsadüf olunduğunu deyən həkim-kardioloq bunun başqa vaxtlarda da baş verməsini istisna etmir: "Günəş zenitdə olanda şüa insan beyninə düşürsə və başda qoruma yoxdursa, günvurma ola bilər".
Günvurmadan qorunmaq üçün həkim məsləhəti verən T.Yusifov qeyd etdi ki, isti havalarda mütləq baş geyimlərindən istigfadə edliməlidir. Saat 12:00-16:00 arasında Günəş şüası altında gəzmək olmaz.
Həkimlər isti havalarda insanları özlərini burun qanamalarından gözləməyə də çağırır. Həkim Şəfəq Zeynalova deyir ki, havaların istiləşməyə başladığı bu günlərdə burun qanaxması baş verə bilər. Bu hallar daha çox uşaq və yaşlılarda müşahidə olunur. O, məsləhət görür ki, burunda qanaxma baş verdikdə, diqqətli olmalı və dərhal bunun qarşısını almaq lazımdır. Belə ki, burun qanaması başlayan kimi, iki barmaqla burnun ön divarını 5 dəqiqə sıxmalı və başı yüngülcə önə doğru əymək lazımdır.
Dəri və zöhrəvi xəstəlikləri həkimləri də yay aylarında Günəş şüalarından qorunmağı tövsiyə edirlər. Həkim-dermatoloq Nuranə Quluzadə portalımıza bildirdi ki, günün isti saatlarında kölgəlik yerlərə üstünlük vermək lazımdır.
Bu müddətdə mütləq qoruyucu kremlərdən istifadənin vacibliyini deyən N.Quluzadə qeyd etdi ki, 3 saatdan bir qoruyucu kremlər çəkilməlidir. Çünki adətən 3 saatdan sonra bu kremlər öz təsirini itirir.
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
XƏBƏR LENTİ
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu