Ölüm canlı orqanizmin həyat fəaliyyətinin labüd nəticəsidir. Səbəblərinə görə ölüm patoloji (vaxtından əvvəl) və fizioloji (təbii) olmaqla 2 hissəyə ayırd edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, həddindən artıq qocalmış orqanizmin həyatının labüd surətdə başa çatması fizioloji ölüm adlanır. Fizioloji ölüm həddindən artıq qocalmış canlı orqanizmin bütün həyat funksiyalarının sönməsidir. İnsanlar arasında fizioloji ölümə nadir hallarda rast gəlinir. Adətən insanların həyatı müxtəlif xəstəliklər səbəbindən sona çatır. Lakin bəzi hallarda zahirən sağlam görünən adamın da ölməsi müşahidə edilir ki, buna qəfləti ölüm deyilir. Qəfləti ölümün baş verməsinə gizli keçən və kifayət qədər müalicə olunmayan xəstəliklərin qəfil kəskinləşməsi səbəb olur. Buna aşağıdakı xəstəliklər səbəb olur:
- aorta anevrizmasının partlaması nəticəsində baş verən qanaxmalar
- koronar arteriyaların trombozu ilə əlaqədar olan kəskin miokard işemiyası
- hipertoniya xəstəliyi nətiucəsində beyinə qansızma
- ağciyər arteriyalarının trombozu və s.
Xarici mühitin qeyri-adi təsirləri ilə baş verən ölüm zorakı ölüm adlanır. Bu cür ölümlərə aşağıdakılar aiddir:
- intihar
- məişət travmaları
- nəqliyyat travmaları
- istehsalat travmaları.
Adətən insanlar ya ürək fəaliyyətinin, yad tənəffüsün dayanması ilə əlaqədar olaraq ölürlər. Orqanizmin həyat fəaliyyətində baş verən dəyişikliklərlə əlaqədar olaraq ölümün 2 forması ayırd edilir:
- kliniki ölüm
- bioloji ölüm.
Kliniki ölüm zamanı tənəffüs və qan dövranı dayanlır, reflekslər itir. Bu zaman insanın həyati vacıb daxili orqanları isə öz fəaliyyərtini itirmir. Kliniki ölümün müddəti 5-6 dəqiqəyə qədər ola bilir. Bu zaman şərait olsa xəstəni həyata qaytarmaq mümkün olur.
Bioloji ölüm zamanı isə geriyə dönməsi mümkün olmayan proseslər baş verir və insanın həyatına son qoyulur.
Milli.Az
Cəmiyyət
Ölüm nədir?
1 Dekabr 2016 21:20
18 Şərh
Baxış: 5 518
DİGƏR XƏBƏRLƏR
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB
- 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
- Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları axşam saatlarında sevindirin
- Taksi qiymətlərində artımın səbəbi nədir? - VİDEO
- Polad Həşimovun xatirəsinə HÖRMƏTSİZLİK - FOTO
XƏBƏR LENTİ
- Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə bu qədər daşınmaz əmlak alıb
- Sərhəddə işlər başladı - RƏSMİ
- Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO
- "Bu fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq" - VİDEO - FOTO
- "Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna
- Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
- Rafael İskəndərovdan ad günü VİDEOsu gündəm oldu - oğlu ilə...
- Əvəz Zeynallı ilə bağlı qərar verildi
- Culfada ağır yol qəzası - ölənlər var - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- Sosial ödənişlər bu tarixdə yekunlaşacaq
- Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
- Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı
- Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
- 1 il ötdü - Ermənistanın uğursuz "blokada" şousu, Azərbaycanın qətiyyətli addımı
- 29 yaşlı “Tik-Tok” fenomeni öldü - FOTOlar
- Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi
- Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə
- Qazaxın 8 kəndinin işğalında iştirak edən ermənilər - Siyahı - FOTO
- "Çox sevirəm, onunla nəfəs alıram”
- Bakı və Moskvanı müttəfiqə çevirən səbəb... - Markov
- 14 illik xanımından boşandı