Hadisə

Doğuşdan sonra ölən 18 yaşlı qız barədə şok TƏFƏRRÜAT - YENİLƏNİB

3 May 2025 15:41
Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda qeysəriyyə əməliyyatından sonra vəfat edən qadının erkən yaşda ailə qurduğu məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü T.Hüseynova erkən yaşda ikən ailə həyatı qurub. O, Kürdəmir rayonundan Ağsunun Cəlayir kəndinə gəlin köçüb.

Qeyd edək ki, T.Hüseynova qeysəriyyə əməliyyatı ilə doğuş edib. Onun 4 kiloqramdan artıq çəkidə olan qız övladı dünyaya gəlib. Körpə hazırda Sumqayıt Tibb Mərkəzində müalicə olunur.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, erkən nikahlarla bağlı mübarizə tədbirləri gücləndirilsə də, bəzi valideynlərə görə, bu cür halların tam qarşısını almaq mümkün olmur:

"Erkən evliliklərin ən ağır nəticələrindən biri ana və uşaq ölümləridir. Təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, hələ də övladlarını erkən yaşda ailə qurmağa vadar edən valideynlər var. Valideynlərə bir daha səslənirik - övladlarınızın gələcəyini təhlükəyə atmayın, onları erkən nikahdan qoruyun".

Komitə rəsmisi əlavə edib ki, bu kimi hadisələr cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır:

"Hər bir ailə, məktəb və icma bu istiqamətdə maarifləndirmə işlərinə dəstək verməlidir".

--------

11:30

Azərbaycanda qeysəriyyə əməliyyatı olunan qadın ölüb.

Milli.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı Kürdəmir rayon sakini Tahirə Hüseynova aprelin 26-da Sumqayıt Tibb Mərkəzində qeysərriyə əməliyyatı olunub. Əməliyyatdan sonra gənc qadının halı pisləşib və o, Bakıdakı Mərkəzi Kiliniki Xəstəxanaya gətirilib.

Lakin burada görülən tədbirlərə baxmayaraq, mayın 1-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.