Birbaşa deyilən talaq: Deyilən söz talaqdan başqa məna bildirməsin, məsələn, "səni boşayıram" və ya "talaqını verirəm" tipli ifadələr. Bu halda ciddi və ya zarafatla deməsindən asılı olmayaraq talaq qüvvəyə minir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Macəh, Əbu Davud, Tirmizi).
Milli.Az zikr.az-a istinadən bildirir ki, dolayı yolla deyilən talaq: Bu ifadə həm talaq mənası, həm də başqa məna daşıya bilər. Məsələn, "ailənin yanına get" ifadəsi kimi. Əgər bu ifadəni deyərkən niyyəti boşamaq idisə, talaq sayılır, əks halda sayılmır. Aişə (Allah ondan razı olsun) deyir ki, "Bint əl-Cun Peyğəmbərin yanına (onun arvadı olaraq) daxil edildi. Ona yaxınlaşdıqda qadın dedi: Səndən Allaha sığınıram. Peyğəmbər ona dedi: Sən artıq çox əzəmətli bir şeyə sığındın, ailənin yanına get". (Nəsai)
Kə'b ibn Malik (Allah ondan razı olsun) özünün və iki nəfər yoldaşının təbuk döyüşünə getmədikləri üçün camaat tərəfindən baykot (həcr) edildiyi hadisənində deyir ki, Peyğəmbər onun yanına adam göndərib dedi: "Arvadını tərk et. Kəəb soruşdu: onu boşayım, ya nə edim? O dedi: Arvadını tərk et və ona yaxınlaşma. Kəəb də öz arvadına: ailənin yanına get - deyərək əmr etdi". (Buxari, Müslim, Əbu Davud, Nəsai)
Şərtdən asılı olaraq deyilən talaq: Məsələn, kişinin öz arvadına "filan yerə getsən, səni boşayacam" deməsi. Əgər bunu deyərkən kişinin məqsədi həqiqətən də boşamaq olubsa, talaq sayılır. Əgər məqsədi arvadını hansısa işdən çəkindirmək olubsa, bu halda talaq yox, and sayılır. Arvadı o işi görərsə, kişi andının kəffarəsini verməlidir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kəbin hansı hallarda pozulmuş sayılır?
26 Noyabr 2016 19:40
1 Şərh
Baxış: 70 199

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu:ətrafınızda olanlarla fikir ayrılığı yarana bilər
-
Yekaterinburqda həbs edilmiş azərbaycanlılara məxsus avtomobillər - SİYAHI
-
Bu tarixə diqqət - Dünyada bir ilk yaşanacaq
-
Rusiya ölkəmizə qarşı informasiya hücumları hazırlayır – Azərbaycan nə etməlidir?
-
İctimai Birlik Ağdamda maarifləndirmə tədbiri keçirib - FOTO
-
İnsanlar nədən zəhərlənirlər? - 99 xəstə, 3 ölüm
XƏBƏR LENTİ
-
İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq?
-
Avronun "qalibiyyəti" uzun çəkmədi - özü ilə bu valyutaları da "çökdürdü"
-
Saat 10:00-da bu ərazilərdə qaz olmayacaq
-
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı
-
"Atletiko Madrid" 50 milyona oyunçu aldı - FOTO
-
Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?
-
Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı” - VİDEO
-
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
-
"Qayınanam, qayınatamla 32 ildir ki..."
-
Günvurmadan necə qorunmaq lazımdır? - Həkimdən vacib xəbərdarlıq
-
Hər siqaret ömrü 20 dəqiqə qısaldır – Həkim AÇIQLADI
-
Bu dərmanları içməzdən əvvəl iki dəfə düşünün - Vacib xəbərdarlıq
-
"Yemiş alarkən də diqqət edilməli bir çox məqam var".
-
Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
-
Ayı vuracaq, Yerdə atom bombası effekti yaradacaq
-
Osimhen üçün İtaliya nəhəngi hərəkətə keçdi
-
Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"
-
Masazırda güclü yanğın söndürüldü - yenilənib - VİDEO - FOTO
-
Günün qoroskopu:ətrafınızda olanlarla fikir ayrılığı yarana bilər
-
"Yekaterinburqda polis vəhşiliyi araşdırılmazsa, münasibətlər gərgin qalacaq"- politoloq
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Şavkat Mirziyoyevlə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Yekaterinburqda həbs edilmiş azərbaycanlılara məxsus avtomobillər - SİYAHI
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
AZAL təyyarəsinin vurulmasına dair yeni detallar