Zırıldamaqla hırıldamaq arasında...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir kino lenti kimi keçib gedən son 20-25 ildə biz aşağılıq kompleksindən əziyyət çəkən, günahkar və qəhrəman axtaran, öz aləmimizdə düşməni asıb-kəsən, kiçik adamlardan böyük qəhrəman düzəldən xalqa çevrilmişik. Bizi düşünən, bizə dəstək olan heç kəs yoxdur. Biz qəfil qəzada əlil arabasına möhtac olmuş xəstə kimiyik. Pilləkənləri qalxmaq üçün gözlərimiz tanış birisini axtarır. Tariximizin bir çox məqamlarında həm özümüzə, həm də qonşularımıza düşmən və qənim kəsildik.
Yaşadığımız coğrafiyanı qisas, düşmənçilik və nifrət yuvasına döndərmişik. Hər kəsin qarşısında min illikləri əhatə edən tariximizdən ağzımız köpüklənə-köpüklənə danışıb, baş kəsib qan tökən fatehləri az qala tanrılaşdırmışıq. Qanı, ölümü, müharibəni, torpaq istilasını şərəfli bir şey kimi tariximizə qırmızı hərflərlə yazıb, övladlarımıza təbliğ eləmişik.
Amma nə gözəl olardı, bizim də tarixi qədimlərə dayanan əyləncəli festivallarımız, şən, pozitiv bayramlarımız olsaydı...
Keçən əsrdən başlayaraq biz ancaq məğlubiyyət tariximizi yüksək səslə çığırırıq. Qəribədir, bütün xalqlarda olduğu kimi bizim də tariximizdə babalarımızın törətdiyi qəddar, amansız, qanlı və əxlaqsız hərəkətlər ört-basdır olunur. Guya biz dünyanın ən məsum və günahsız millətiyik. Mən bir şeyi anlamıram: nə üçün türklərin qonşu torpaqlarını ələ keçirməsi "fəth", qonşuların bizim torpaqları ələ keçirməsi "işğal" adlanır? Niyə qələbələri özümüzün haqqı, məğlubiyyətləri isə qonşunun günahı hesab edirik?
Olmazmı, qolumuzun gücündən yox, zəkamızın itiliyindən qürurla danışaq? Məncə olmaz, çünki bu baxımdan əliyalınıq. Cahil-cahil güzaran keçiririk. Son dönəmdə gündəmdə olan polemikalara nəzər salın, görəcəksiniz ki, cəhalətimiz meydan sulayır.
20 ildən çoxdur davamlı olaraq 20 yanvar, 26 fevral və 31 mart tarixlərində böyüklü-kiçikli ekran qarşısında əyləşib qətl edilmiş həmvətənlərimizin cəsədlərinə baxırıq. Körpələrimizi də yanımızda əyləşdirib mövsümi yasxana quran televiziyalarımızın ah-naləsinə qulaq asırıq. Dünyadan bixəbər övladlarımızın psixologiyasını zədələyib zombiləşdiririk. Onlara da qan, qisas, müharibə aşılayırıq.
Və bu ağlamağımızın, ah-naləmizin, zırıldamağımızın adını utanmaz-utanmaz vətən sevgisi qoyuruq. Uşaqlarımıza erməninin zalım, başkəsən, qəddar olmasından danışırıq.
Boş vaxtımızda da ucuz şoulara baxıb yerimizdə dingildəyirik...
Niyə birdən-birə bu mövzuya qayıtdım?
İcazə verin, kiçicik də olsa, izahat verim. Son günlər bir tərəfdə yenidən tarixi şəxsiyyətlər müzakirə olunur, tarixi hadisələr təkrar qiymətləndirilir. Bir tərəfdə isə aparıcı canlı efirdə ayaqqabılarını soyunub şıdırğı gedir. Mən unutqanlığın tərəfində deyiləm, bütün bu müzakirələr olmalıdır və buna ehtiyac var. Eyni zamanda efirimizdə manıs təfəkkürlü aparıcılar da dövrün tələbidir.
Biz Seyid Əzimi ahıl yaşında ayaqlayan, Sabiri vərəmlədən, Mirzə Cəlili çərlədən, Hadini yandıran, Müşviqi gülləyə qurban verən xalqın nümayəndələriyik. Özümüzdən müştəbeh olmaqdansa arada özümüzə tənqidi yanaşmağı da bacarmalıyıq. Məncə, şıdırğı oynayan aparıcı, zəvzək-zəvzək danışan şou-biznes nümayəndələri bizi daha çox ifadə edir.
Cəmiyyəti bu zırıldamaq, dingildəmək formatından çıxarmaq lazımdır. Göz yaşımızı silib dərhal hırıldamağa başlayan əqli qüsurlu uşaqlar kimi, ətrafımızı özümüzə güldürməyək. Bu oyunbazlığın ortasında incə bir xətt olmalıdır. Bəlkə də bu orta xətti tapıb xilas ola bilərik...
Cəlil Cavanşir
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





