Cəmiyyət

Günün təamı: cənnət almasından mürəbbə - FOTO

13 May 2011 07:00
Baxış: 5 321
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Cənnət alması -  çox faydalı meyvədir, onlar turşdurlar, amma mürəbbərsi çox ləzzətli olur.

İnqradientlər

1 kq cənnət alması
1,3 kq şəkər (əgər mürəbbəni turşməzə istəyirsiniz, onda şəkəri az qoyun)
1 stəkan su

Almaların saplaqlarını saxlayaraq, yaxşı yuyun. Çəngəllə deşin. Şəkər və sudan sirop hazırlayın və kənara qoyun.

Qazana su töküb qoyun qaynamağa. Su qaynayan kimi almaları suya töküb 5 dəqiqə qaynadın. Almalar qaynayandan sonra onları süsgəcə tökün. Almaları qazana yığıb üstə siropu əlavə edin. 8 saat saxlayın.

Sonra qazanı orta oda qoydum. Mürəbbə 7 dəqiqə qaynamalıdır. Qazanı odun üstündən gətirib 6-7 saatlıg kənara qoyun. Qaynayarkən ehtiyatla qarışdırın, üzə çıxan almalar dibə enməlidirlər.

Sonra mürəbbəni odun üstünə qoyub yavaş-yavaş qaynara çatdırın. 5-10 dəq qaynadın. Mürəbbə onda hazırdır ki, almalar kəhraba rəngini alsınlar, şirəsi isə - açıq çəhrayi.

Nuş olsun!

Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.