Cəmiyyət

Duaların axırında deyilən “amin” sözünün mənası nədir?

9 Oktyabr 2016 22:20
34 Şərh     Baxış: 16 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, bu sözün qədim yəhudi dilində "El meleh neeman" (Allah doğru­culdur, və ya doğru deyir) ifadəsindəki sözlərin baş hərflərindən təşkil edildiyi ehtımal olunur. Bibliyada bu söz bir neçə dəfə işlədilmişdir. Ərəb dilınə də bu söz yəhudi dilindən keçmişdir. Adətən, dua zamanı dua edənin özü və onu eşidənlər amin söyləyirlər. Mənası budur ki, qoy bu duada deyilən sözlər həyata keçsin.

Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra amin söyləmək sünnətdir. Cəfəri məzhəbində isə bu, nəinki bəyənilmir, hətta namazı batil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.