Cəmiyyət

Cənazə namazında niyə səcdə yoxdur?

18 Avqust 2016 20:15
1 Şərh     Baxış: 3 104
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bütün şəriət hökmlərinin səbəbini biz öz bəşər şüurumuzla dərk edə bilmərik. Bəzi hökmlərin mənasını məntiqlə və ya məsumların hədisləri ilə izah etmək olur. Amma səbəbini bilmədiyimiz çox məsələlər daha var.

Milli.Az islam.az-a istinadən bildirir ki,cənazə namazı başqa namazlardan fərqli olaraq, dəstəmazsız və qüslsüz də qılına bilər. Cənazə namazında rüku, səcdə və oturuş yoxdur. Bunun səbəbi namazın şərtlərini yüngülləşdirmək və cənazə namazına gələnlərin çətinliyə düşməməsini təmin etmək üçün ola bilər. Məlumdur ki, əksər hallarda cənazə namazı dəfndən əvvəl, qəbristanlıqda qılınır. Çox vaxt qəbristanlıqda dəstəmaz üçün su tapılmır, səcdə və oturuş üçün şərait də olmur. Bəlkə də buna görə Allah-təala cənazə namazının şərtlərini yüngül edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.