Cəmiyyət

Anar Məmmədxanov vəfat etdi - YENİLƏNİB

23 Aprel 2011 23:28
Baxış: 1 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anar Məmmədxanov bazar günü saat 15.00-da "Qurd qapısı" yaxınlığındakı qəbristanlıqda dəfn ediləcək.

-----
17.19

Milli.Az xəbər portalının məlumatına görə, Milli Məclisin sabiq deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Komandasının kapitanı Anar Məmmədxanov dünyasını dəyişib.

A.Məmmədxanovun bu gün günorta saatlarında ürəktutmasından vəfat etdiyi bildirilir.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdu.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu.

2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdu.

Evli idi, 3 övladı qalıb.

Allah rəhmət eləsin!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.