Cəmiyyət

Allahşükür Paşazadə Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanına gedir

16 Aprel 2011 10:17
Baxış: 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanına yola düşür. Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 16-dan 23-dək davam edəcək səfər zamanı A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə növbəti Həcc mövsümü ilə bağlı danışıqlar aparacaq.

Krallığın Məkkə, Ciddə və Mədinə şəhərlərində yerləşən müvafiq qurumlarda görüşlər zamanı azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı bütün məsələlər müzakirə olunacaq. Müzakirələrin nəticəsi olaraq, QMİ ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol və müqavilələr imzalanacaq.

Gülər A.
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.