Cəmiyyət

Üzrlünün dəstəmazı

3 İyul 2016 19:15
2 Şərh     Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qanama, sidik axması və qusma kəsilmirsə, həddindən artıq is­hal, tez-tez yelin çıxması kimi dəstəmazı pozan narahat edici hallara "üzr (ma­zə­rət)", belə olan şəxslərə də "üzrlü (mazur-mazurə)" deyilir.
İslam dini ibadətlər üçün müəyyən vaxtlar qoymuşdur. Bunların öz vaxt­larında yerinə yetirilməsi həm bir vəzifə, həm də bir haqdır. İslam di­ni, insana gücünün üstündə bir yük yükləməz. Çətinliklə qarşılaşılan hər bir vaxtda asanlıq prinsipi tətbiq edilir. Buna görə də üzrlü şəxslər üçün xüsusi hökmlər gətirərək, onların da ibadətlərini vaxtlı-vaxtında ye­ri­nə yetirmələri üçün fürsət verilmişdir.
Milli.Az sunna.az-a istinadən bildirir ki, dəstəmazı pozan hər hansı bir halın üzr ola bilməsi üçün zaman şərti vardır. Belə ki, üzr namaz vaxtının başından etibarən dəstəmaz alıb namaz qılacaq qədər bir müddət kəsilməmək şərtiylə, tam bir namz vax­tı davam edərsə və daha sonra da hər namaz vaxtında ən azı bir də­fə təkrar edərsə, bu halın sahibi üzrlü sayılır. Ancaq belə bir üzr, tam bir namaz vaxtı içində bir dəfə belə olsa baş verməzsə artıq kəsilmiş və bu halın sahibi də üzrlü hesab edilmir.
Məsələn, bir şəxsin burnu, bir gün günorta namazı vaxtının ba­şın­dan sonuna qədər yəni ikindi namazının vaxtı girincəyə qədər, dəs­tə­maz alıb namaz qılacaq bir müddət kəsilmədən aramla qanamağa davam edərsə və bundan sonra da hər namaz vaxtında bir dəfə belə olsun qanayarsa, o şəxs üzrlü sayılır.
Üzrlü bir şəxs hər fərz namaz vaxtı üçün dəstəmaz alar, bu üzr ha­lının dəstəmazı pozmadığını qəbul edərək, həmin dəstəmazla, onu po­zan yeni başqa bir hal meydana gəlmədikcə, istədiyi qədər fərz, vacib, sün­nə, əda və qəza namazı, cümə və bayram namazı qıla bilər. Kəbəni tə­vaf edə bilər, müshəfi tuta bilər. Namaz vaxtının çıxmasıyla üzrlü şəxsin dəs­təmazı pozulmuş olar. Dəlili isə bu hədisdir: "Üzr qanı görən qadın (müs­təhaza) hər bir namaz vaxtı üçün dəstəmaz almalıdır. Digər üzr sa­hibləri də buna qiyas edilmişdir. Üzrün xaricində, dəstəmazı pozan baş­qa bir hal meydana gəlməsiylə də dəstəmaz pozular.
Bir üzrlü səhər namazı üçün tam vaxtında dəstəmaz alsa, bu dəs­tə­maz səhər namazının vaxtının çıxmasına qədər davam edər. Bu dəs­tə­maz vaxtın çıxmasıyla, başqa bir ifadə ilə günəşin doğulmasıyla sona çat­mış olar. Artıq bu dəstəmazla başqa bir namaz qıla bilməz. Ancaq üz­rü­nün müvəqqəti olaraq kəsilmiş olduğu bir vaxtda dəstəmaz alar və hələ üzr halı ortaya çıxmadan və dəstəmazı pozan başqa bir hal da meydana gəl­mədən vaxt çıxmış olarsa, bu vəziyyətdə, namaz vaxtının çıxmasıyla bu dəstəmaz pozulmuş olmaz.
Ancaq bu üzrlü şəxs, günəşin doğulmasından sonra alınan bir dəs­tə­mazla, günorta namazının vaxtı çıxıncaya qədər, dəstəmazı pozan baş­qa bir hal gəlmədiyi müddətcə, dilədiyi qədər namazları qıla bilər. Çünki gü­norta vaxtının girməsi üzrlü üçün dəstəmaz pozucu hal deyildir. Eyni şə­kildə bayram namazının vaxtının çıxması da üzrlünün dəstəmazını poz­maz. Çünki bu bir fərz namaz vaxtı deyildir.
Üzrlünün dəstəmazı Əbu Hənifəyə görə, vaxtın çıxmasıyla, Əbu Yu­si­fə görə isə, həm namaz vaxtının girməsiylə, həm də çıxmasıyla pozulur. Vax­tın girməsiylə dəstəmazın pozulması, təkcə günorta namazının gir­mə­sində fərqli nəticə meydana gətirir.
İmam Şafeiyə görə üzrlünün, hər namaz üçün ayrıca dəstəmaz alması la­zımdır. Üzrlünün dəstəmazı, qıldığı namaz qurtaran kimi, pozulmuş olar.
Bir üzr sahibi, üzrü kəsilmiş olduğu halda, dəstəmazı pozan baş­qa bir haldan ötrü dəstəmaz alar və daha sonra əvvəlcədən düçar ol­du­ğu üzrü təkrar ortaya çıxarsa, dəstəmazı pozulmuş olar və təkrar dəs­tə­maz alması lazımdır. Çünki əvvəlki dəstəmazı bu üzr halından ötrü alınmamışdır. Ancaq üzrü kəsildiyi halda, namaz vaxtının içində üzründən və ya dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və o vaxt için­də üzrü ortaya çıxarsa, bu dəstəmazı pozulmaz. Çünki bu dəstəmaz həm üzrü, həm də o dəstəmazı pozan başqa hal üçün alınmışdır.
Üzrlü bir şəxs oturaraq namazını ima ilə qılar və ya üzrünün bə­dən­dəki meydana gəldiyi yerinə sarğı sarımaq kimi müxtəlif üsullarla üz­rün ortaya çıxmasına mane olarsa, artıq üzrlü olma hökmündən çıxmış olar.
Üzrlü bir şəxsin paltarına üzr yerindən çıxıb bulaşan qan, irin və axıcı ma­yelər üzr davam etdiyi müddətcə, namazının səhhətinə mane olmaz. Bər­kimiş pisliyin bir dirhəmə çatması, mayenin isə ovuc içindən çox bir ye­rə yayılması da eyni nəticədir. Ancaq bu pisliklərin axması kəsilmişsə, bun­ların yuyulması lazımdır.
Nəticə etibariyə, İslam dini asanlıq dinidir. Üzr sahibləri haqqında hər cür asanlıq göstərmişdir. Sarğı və məstlər üstünə məsh etmək və su tap­mayan üçün təyəmmümün alınması bunlara daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.