Cəmiyyət

Azərbaycanda ağlasığmaz ELANLAR: 3 manata ər tapırlar

17 May 2025 14:14
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə fəaliyyət göstərən evlilik və tanışlıq səhifələri son dövrlər geniş yayılıb.

Maraqlıdır ki, bu platformalarda kişilər üçün elan yerləşdirmək ödənişli olduğu halda xanımlar üçün xidmət tamamilə pulsuzdur. Elan yerləşdirmənin qiyməti 3 manatdan başlayaraq, 10 manata qədər dəyişir.

Bəs bu kimi elanlar vasitəsilə tanış olub evlənmək nə qədər düzgündür? Bu evliliklər nə dərəcədə davamlı və sağlam ola bilər?

Milli.Az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikrini öyrənib.

Sakinlərdən biri bildirib: "Sosial şəbəkələrdə ancaq kimləsə tanış ola bilərsən, evlilik olmaz. Ən azından həmin şəxslə ünsiyyətdə olmalısan ki, onu tanıyasan. Telefonla insanları tanımaq olmur".

Başqa bir sakin isə belə deyib: "Əgər düzgün biridirsə, evlənmək olar. Amma fikrimcə, sosial şəbəkələr vasitəsilə insanları tanımaq çətindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.